Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qədim, taclı və gözəl: Ölkəmizin simvollarından olan nar

Abunə olmaq
Belə fikirlər var ki, nar giləmeyvədir, amma məişətdə onu meyvə hesab edirlər. Sputnik Azərbaycan Azərbaycanın vizit kartlarından olan bu meyvə barədə xeyli maraqlı məlumat öyrənib.
Nar qədim dövrlərdən hazırkı Azərbaycanın demək olar ki, bütün ərazisində yetişdirilib. Bu heyrətamiz məhsulun tədqiqatı sübut edib ki, ölkəmiz onun əmələ gəlməsi və yayılmasının ilk mərkəzlərindəndir. Hazırda Azərbaycanda ortaya çıxmış narın təxminən 200 növü məlumdur. Bu isə onun ölkəmizin ərazisində yetişdirlməsinin qədim tarixindən xəbər verir.
Qədim Şərqdə narı "Padşah meyvəsi" adlandırıblar, bu isə onun zahirən şah tacına bənzəməsi ilə əlaqədar ola bilər.
Azərbaycanın bir çox ərazilərində narın yabanı sortları da bitməkdədir.
Azərbaycanda nara şeirlər qoşur, mahnı həsr eləyir, şərəfinə simvolik bayram təşkil edir, hətta ona abidə qoyurlar. Artıq uzun illərdir ki, qış ərəfəsində Azərbaycanın Göyçay şəhərində nar yığımına həsr olunmuş ənənəvi Nar bayramı qeyd edilir. Pandemiyadan öncəki dövrdə bu bayram oktyabrın son həftəsindən noyabrın 7-dək, yəni, məhsul yığılan dövrü əhatə edirdi.
Festivalda rayonun müxtəlif kəndlərindən gətirilmiş nar və nardan alınmış məhsullar nümayiş etdirilir, müxtəlif maraqlı tədbirlər təşkil olunur.
Nar məhsulu 4 aydan çox saxlanılmır. Azərbaycanda narın çox şirin olan ağ rəngdəki növü də yetişir.
Nar çox faydalı məhsul sayılır, onun tərkibində çoxlu amin turşuları, mineral maddələr, vitaminlər daxildir.
Təsadüfi deyil ki, Azərbaycan təbiəti və mədəni irsinin rəmzi olan Ceyran və Nar Bakıda keçirilən 2015 Avropa Oyunlarının rəsmi simvolları kimi təqdim edilib.
Xəbər lenti
0