CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlara qar düşəcək - Sabahın hava proqnozu

© Sputnik / Murad OrujovПейзаж гор в городе Гусар
Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütünundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
Xəbər lenti
0