Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq mükafata layiq görülüb
12:03 25.10.2021 (Yenilənib: 12:04 25.10.2021)
© Photo : Azerbaijanfilm State Cinema StudioSonuncu ("Последний") filminin çəklişi zamanı

© Photo : Azerbaijanfilm State Cinema Studio
Abunə olmaq
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bakı Media Mərkəzi" və "Salnaməfilm" studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi "OFF CINEMA" 25-ci Beynəlxalq Sənədli Film Festivalında "Bürünc Qəsr" (Bronze Castle) mükafatına layiq görülüb.
© Photo : Azerbaijanfilm State Cinema StudioSonuncu ("Последний") filminin çəklişi zamanı

Sonuncu ("Последний") filminin çəklişi zamanı
© Photo : Azerbaijanfilm State Cinema Studio
"Azərbaycanfilm" kinostudiyasının PR meneceri Lətif Lətifsoyun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 19-24 oktyabr 2021-ci il tarixlərində Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində "Sonuncu" ilə birgə 13 film yarışıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
© Photo : Azerbaijanfilm State Cinema StudioSonuncu ("Последний") filminin çəklişi zamanı

Sonuncu ("Последний") filminin çəklişi zamanı
© Photo : Azerbaijanfilm State Cinema Studio
"Sonuncu" bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühim film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə "Ən Yaxşı Sənədli Film" nominasiyası üzrə "Golden Maple" (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.