https://sputnik.az/20211025/azerbaycan-beynelxalq-mukafata-layiq-gorulub-434564005.html
Azərbaycan beynəlxalq mükafata layiq görülüb
Azərbaycan beynəlxalq mükafata layiq görülüb
Sputnik Azərbaycan
İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar "İter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab... 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T15:49+0400
2021-10-25T15:49+0400
2021-10-25T16:10+0400
dünya xəbərləri
italiya
turizm
şərab
mükafat
marşrut
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41742/13/417421352_0:17:1000:580_1920x0_80_0_0_83550241866251c7ff7f8f55405d4ed0.jpg
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu" mükafatı ilə təltif olunub.Bu barədə Sputnik Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.Mükafat İtaliyanın Mədəniyyət Nazirliyinin Avropa Şurasının Mədəni Marşrutlar üzrə nümayəndəsi Giuliana De Françesko tərəfindən Azərbaycanın Siciliya və Kalabriyadakı fəxri konsulu Domeniko Kokoya təqdim olunub.İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar "İter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən "İter Vitis" beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41742/13/417421352_113:0:1000:665_1920x0_80_0_0_3892d9ec23aed952b182471f27cf5b46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
italiya, turizm, şərab, mükafat, marşrut, azərbaycan
italiya, turizm, şərab, mükafat, marşrut, azərbaycan
Azərbaycan beynəlxalq mükafata layiq görülüb
15:49 25.10.2021 (Yenilənib: 16:10 25.10.2021) İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar "İter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.
BAKI, 25 oktyabr — Sputnik. Oktyabrın 23-də Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən yaradılmış "İter Vitis" maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun mükafatlandırma mərasimində Azərbaycan Turizm Bürosu "Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu" mükafatı ilə təltif olunub.
Bu barədə
Sputnik Azərbaycan Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Mükafat İtaliyanın Mədəniyyət Nazirliyinin Avropa Şurasının Mədəni Marşrutlar üzrə nümayəndəsi Giuliana De Françesko tərəfindən Azərbaycanın Siciliya və Kalabriyadakı fəxri konsulu Domeniko Kokoya təqdim olunub.
İtaliyanın Siciliya bölgəsində keçirilən tədbirdə müxtəlif kateqoriyalar üzrə verilən mükafatlar "İter Vitis" beynəlxalq şəbəkəsinin üzv ölkələrində şərab irsini və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini daşıyır.
Qeyd edək ki, Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən "İter Vitis" beynəlxalq şəbəkəsinə 2019-cu ildən etibarən üzv qəbul olunub.