https://sputnik.az/20211025/aqta-xeberdarliq-etdi-qida-elaveleri-derman-vasitelerini-evez-etmir-434570543.html
AQTA xəbərdarlıq etdi: qida əlavələri dərman vasitələrini əvəz etmir
AQTA xəbərdarlıq etdi: qida əlavələri dərman vasitələrini əvəz etmir
Sputnik Azərbaycan
Qida əlavələri xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir. 25.10.2021, Sputnik Azərbaycan
2021-10-25T20:53+0400
2021-10-25T20:53+0400
2021-10-25T20:53+0400
qida
səhiyyə
əlavə
aqta
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:3001:1688_1920x0_80_0_0_286129fa3eafc53aedb0dbed405009af.jpg
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı məlumat yayıb.Sputnik Azərbaycan AQTA-ya istinadla xəbər verir ki, məlumatda qida əlavələrinin orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna biləcəyi vurğulanıb.Qeyd olunub ki, qida əlavələri xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.- Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" ifadəsi mütləq qeyd edilməlidir.- Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.- Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.- Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmalıdır.- Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır.Eləcə də oxuyun:* Orqanizmin toksinlərindən təmizlənməsi üçün ən yaxşı məhsullar* Azərbaycanda idman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək* COVID-19 xəstələrini tez sağalda bilən qidalar* Qatqı maddələri, yoxsa qida əlavələri?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/26/423202634_0:0:2667:2000_1920x0_80_0_0_38be9e7a1664876af0681aa5de3d7bdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qida, əlavə, aqta
AQTA xəbərdarlıq etdi: qida əlavələri dərman vasitələrini əvəz etmir
Qida əlavələri xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan AQTA-ya istinadla xəbər verir ki, məlumatda qida əlavələrinin orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna biləcəyi vurğulanıb.
Qeyd olunub ki, qida əlavələri xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.
- Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" ifadəsi mütləq qeyd edilməlidir.
- Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.
- Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.
- Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmalıdır.
- Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır.