CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qazancıma şükür... Bu yaşda gedib dilənçilik edəsi deyildim" - Ahıl bağbanın hekayəsi

© Sputnik / Nigar IskanderovaBağban Zeynalabdin Orucov
Bağban Zeynalabdin Orucov - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Vətəndaş: İşləsən də olmur, işləməsən də olmur. Kommunal xərcləri ödəmək üçün kimdənsə borc pul götürməsəm, qışın oğlan çağında qazsız, susuz qalacağam
BAKI, 24 oktyabr — Sputnik. Elə peşələr var ki, bu işlə məşğul olmaq həmin peşə sahiblərinin özünə böyük zövq verir. Bağban peşəsi də bu cür peşələrdəndir.
Bağbanlar arasında nisbətən yaşlı insanlar daha çox üstünlük təşkil edir. Bunun əsas səbəbi isə bu işin əsəbləri daha da sakitləşdirməsi, insana ruhən bir dinclik verməsidir. Təbiətə qulluq etmək, onun qeydinə qalmaq, insanların bu gözəıllikdən zövq almalarına zərrə qədər də olsa, töhfə vermək, bağbanları.
Qocaman bağbanlardan biri də 63 yaşlı Zeynalabdin Orucovdur. O, artıq 8 aydır ki, Bakının mərkəzindəki Səməd Vurğun bağında yaşıllıqlara qulluq edir. Qısa zaman keçməsinə baxmayaraq bağban bu parka tez-tez gələnlərin sevimlisinə çevrilib.
© Sputnik / Nigar IskanderovaBağban Zeynalabdin Orucov
Bağban Zeynalabdin Orucovdur - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Bağban Zeynalabdin Orucov
Sputnik Azərbaycan bağbanla onun işindən, bu sənətin çətinliklərindən danışıb, onun giley-güzarını dinləyib. Z.Orucov deyir ki, mütəmadi olaraq bu ərazidə ağac, gül əkir, yaşıllıqları sulayır:

"Mövsümə uyğun olaraq geyimlərimiz vaxtı-vaxtında verilir. Payız-qış geyimlərimiz yaxşıdır, isti saxlayır, nə su buraxır, nə də soyuq. İşim heç də çətin deyil, maaşımı vaxtında alıram. Maaşım 320 manatdır, eşitdiyimizə görə, qalxacaq. Təbii ki, belə olsa, daha yaxşı olar, daha çox sevinərəm. Çünki hər gün uzaqdan, Binəqədidən işə gəlirəm. Gediş-gəliş, digər xərclər var".

Bağbanın iş saatları səhər 8.00-dən 16:00-ya qədərdir.
İxtisasca geoloq olan Zeynalabdin dayı bir müddət ixtisası üzrə çalışsa da, sonradan, uzun illər qəssablıq etdiyi üçün kifayət qədər əmək stajı toplaya bilməyib. Staj yığaraq pensiya fondunda müəyyən vəsaitin toplanması üçün iş axtarsa da, uzun müddət üzünə qapı açan olmayıb. Lakin Səbail rayon İcra Hakimiyyətindən müsbət cavab alıb və qısa müddətdə bağban kimi çalışmağa başlayıb:

"Belə bir iş tapmasaydım, pensiyaya çıxanda yəqin ki, 120-130 manat alacaqdım".

Müsahibimiz işindən zövq aldığını deyir:

"Çünki təbiətin qoynunda olmaq istər-istəməz insanı rahatlaşdırır. Yaşıllıq, təmiz hava bu yaşda bir başqa zövq verir. Öz əllərimlə ətrafı gözəlləşdirib yoldan keçənlərin xoş sözlərini eşidəndə daha çox sevinirəm. Sulama işlərini fəsilə uyğun edirəm. Məsələn, yayda gündə bir neçə dəfə suvarma həyata keçriirlərsə, payız və qışda bu müddət daha da uzanır, bəzən 3 gündən bir də olur".

© Sputnik / Nigar IskanderovaBağban Zeynalabdin Orucov
Bağban Zeynalabdin Orucovdur - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Bağban Zeynalabdin Orucov
Zeynalabdin dayı deyir ki, bacardığı qədər, gücü çatdığı qədər bu işdə çalışacaq. Onu ən çox əsəbiləşdirən ətrafda zibil qutularının olmasına baxmayaraq şəhər sakinlərini laqeydlik və hörmətsizlik edərək zibili, siqareti, plastik tullantıları yerə atmasıdır:

"Axı biz işləyirik, çalışırıq ki, ətrafda təmizlik olsun. Bura gəlib istirahət edənlər də təbiətdən, yaşıllıqdan bir zövq ala bilsin. Bu zibili atmasalar, olmaz? Baxın, burada olan bəzi avadanlıqları, "smestitel"ləri sındırırlar, oğurlayıb aparırlar. Olmaz. Demək olar ki, hər gün belə hadisələr baş verir. Biz burada peyin səpirik, dərman vururuq, abadlaşdırırıq ki, səhər gələndə bu mənzərəni görək? Bunun mahiyyəti nədir ki? Satılır, gedib hardan istəsələr ala bilərlər".

Bağban deyir ki, bağı sahmana salıb getsə də, hər səhər fərqli bir mənzərənin şahidi olur və bəzən bağ tanınmaz hala düşür:

"Siqareti, plastik tullantıları, hətta uşaq bezini də bura - yaşıllığa atanlar var. Olmaz ki, bunu iki addım o tərəfdə olan zibilliyə atsın? Yəni, belə adamlar zibili qabına atmağı özünə sığışdırmır? Belə adamları başa düşməkdə çətinlik çəkirəm".

© Sputnik / Nigar IskanderovaBağban Zeynalabdin Orucov
Bağban Zeynalabdin Orucovdur - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Bağban Zeynalabdin Orucov
Zeynabalbdin dayı bu yaşında ehtiyacdan işlədiyini də gizlətmir:

"Nəvələrim var, kommunal xərclər, evin dolanışığı, borc-xərclər var. Təbii ki, ehtiyacdan işləyirəm. Bizim əsas problemimiz su, qazın qiymətinin yüksək olmasıdır. Hazırda qaza görə limit məbləğini ödəyirəm. Suya görə kifayət qədər borcum yığılıb. Borcum 100 manatdan çoxdur. Bir müddət işsiz qalmışam, indi də işlədiyimi elə demək olar ki, borc-xərcə verirəm. İşləsən də olmur, işləməsən də olmur... Kommunal xərci ödəmək üçün kimdənsə borc pul götürməsəm, qışın oğlan çağında qazsız, susuz qalacağam. Evdə nəvələr də var. Elə adamlar var ki, heç işləyə də bilmir, 400-500 manatadək kommunal borcları yığılıb. Mən də Azərbaycan vətəndaşıyam, burada mənim də payım var, bizim kimilər nəzərə alınmalıdır. Dəfələrlə suyum kəsilib, gedib borc alıb qaytarmışam. Varlı da kommunal xərclər üçün eyni pulu ödəyir, biz də".

Dayı deyir ki, kommunal xidmətlərə görə qiymətlər tənzimlənərkən əhalinin aztəminatlı təbəqəsi nəzərə alınmalıdır:

"Pensiya pulu, yaxud 250 manatla nə etmək olar? Baxın, burda təndir çörəyi 70 qəpikdir, belə olmaz axı? Buna nəzarət edilməlidir. Kartof, soğan, ətin və digər məhsulların qiymətinə nəzarət olmalıdır ki, hamı ala bilsin. Yenə də qazancıma şükür edirəm, bu yaşımda gedib oğurluq, ya dilənçilik edəsi deyildim".

Xəbər lenti
0