https://sputnik.az/20211024/ozbekistan-prezident-secir-434529320.html
Özbəkistanda seçki məntəqələri bağlandı
Özbəkistanda seçki məntəqələri bağlandı
Sputnik Azərbaycan
Seçkilər baş tutmuş hesab olunub, çünki qanunvericiliyə görə yetərsay (33%) hələ yerli vaxtla 11:00-da təmin olunmuşdu. 24.10.2021, Sputnik Azərbaycan
2021-10-24T19:47+0400
2021-10-24T19:47+0400
2021-10-24T19:47+0400
dünya xəbərləri
seçki
prezident
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434524257_0:150:3109:1898_1920x0_80_0_0_ae6f9dd2d3f955b1195c286414636de6.jpg
BAKI, 24 oktyabr - Sputnik. Özbəkistanda prezident seçkisi üçün səsvermə məntəqələri bağlanıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Özbəkistan MSK rəhbəri Baxrom Kuçkarov deyib.Yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 71.8%-i, yəni təxminən 14.258 milyon seçici səs verib. Seçkilər baş tutmuş hesab olunub, çünki qanunvericiliyə görə yetərsay (33%) hələ yerli vaxtla 11:00-da təmin olunmuşdu. Kuçkarov bildirib ki, sahə komissiyalarının üzvləri nəticələri sayırlar. Ciddi qanun pozuntularına rast gəlinməyib. Onun sözlərinə görə, seçicilərin iştirakına dair ilkin nəticələr bu gün yerli vaxtla 23:00-da, seçkinin ilkin nəticələri isə oktyabrın 25-də açıqlanacaq.Özbəkistanda prezident seçkisi beş ildən bir keçirilir. 2016-cı ilin dekabrında növbədənkənar seçkidə baş nazir olan Şavkat Mirziyoyev qalib gəlib. Ölkəyə 1989-cu ildən rəhbərlik edən İslam Kərimov isə 2016-cı il sentyabrın 2-də insult nəticəsində dünyasını dəyişib.----------10:10 Bazar günü, oktyabrın 24-də Özbəkistan vətəndaşları ölkə prezidentini seçirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, səsvermə məntəqələri yerli vaxtla 08:00-da açılıb və seçki 20:00-dək davam edəcək. Ölkədə rəsmi fəaliyyət göstərən beş partiya namizədlərini irəli sürüb. Bunlar ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyev, Parlament Senatının üzvü Maksuda Vorisova, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov, Parlamentin qanunvericilik palatasının deputatı Alişer Kadırov və Ekologiya Partiyasının lideri Narzullo Oblomurodovdur.Səsvermə Azərbaycanda da təşkil olunub. Özbəkistanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb. Səs vermək arzusunda olan Özbəkistan vətəndaşları məntəqəyə Bakı vaxtı ilə 8:00-dan 20:00-dək pasportları ilə gələ bilərlər. Qurumun məlumatına görə, səsvermə hüququ olan Özbəkistan vətəndaşları ölkəmizdə əsasən Bakı, Quba, Gəncə və Sumqayıtda çoxluq təşkil edirlər. Azərbaycan Milli Məclisinin nümayəndələri Özbəkistanda keçirilən seçkiləri izləmək üçün bu ölkəyə yola düşüblər. Vitse-spiker Fəzail İbrahimlinin başçılıq etdiyi heyətə Eldar İbrahimov, Qənirə Paşayeva, Cavanşir Paşazadə, Aydın Mirzəzadə və Ağalar Vəliyev daxildir. Beş parlamentarimiz seçkini MDB PA, Ağalar Vəliyev isə TÜRKPA xətti ilə izləyir. Millət vəkillərimizlə yanaşı, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov da nemayəndə heyəti ilə birlikdə Özbəkistanda səfərdədir.
https://sputnik.az/20211023/azerbaycanda-ozbekistan-xalqinin-seciminin-leyaqetli-olacagina-subhe-etmirler-434500168.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Talıb Barxudayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427211195_341:-1:1674:1333_100x100_80_0_0_b5d884da6d695e30407793fba4691f43.jpg
Talıb Barxudayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427211195_341:-1:1674:1333_100x100_80_0_0_b5d884da6d695e30407793fba4691f43.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434524257_188:0:2919:2048_1920x0_80_0_0_00393b58adea74ea94f2ffadd76be3b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Talıb Barxudayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427211195_341:-1:1674:1333_100x100_80_0_0_b5d884da6d695e30407793fba4691f43.jpg
seçki, prezident, özbəkistan
seçki, prezident, özbəkistan
Özbəkistanda seçki məntəqələri bağlandı
Seçkilər baş tutmuş hesab olunub, çünki qanunvericiliyə görə yetərsay (33%) hələ yerli vaxtla 11:00-da təmin olunmuşdu.
BAKI, 24 oktyabr - Sputnik. Özbəkistanda prezident seçkisi üçün səsvermə məntəqələri bağlanıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Özbəkistan MSK rəhbəri
Baxrom Kuçkarov deyib.
Yerli vaxtla saat 17:00-a olan məlumata görə, seçicilərin 71.8%-i, yəni təxminən 14.258 milyon seçici səs verib. Seçkilər baş tutmuş hesab olunub, çünki qanunvericiliyə görə yetərsay (33%) hələ yerli vaxtla 11:00-da təmin olunmuşdu.
Kuçkarov bildirib ki, sahə komissiyalarının üzvləri nəticələri sayırlar. Ciddi qanun pozuntularına rast gəlinməyib. Onun sözlərinə görə, seçicilərin iştirakına dair ilkin nəticələr bu gün yerli vaxtla 23:00-da, seçkinin ilkin nəticələri isə oktyabrın 25-də açıqlanacaq.
Özbəkistanda prezident seçkisi beş ildən bir keçirilir. 2016-cı ilin dekabrında növbədənkənar seçkidə baş nazir olan Şavkat Mirziyoyev qalib gəlib. Ölkəyə 1989-cu ildən rəhbərlik edən İslam Kərimov isə 2016-cı il sentyabrın 2-də insult nəticəsində dünyasını dəyişib.
Bazar günü, oktyabrın 24-də Özbəkistan vətəndaşları ölkə prezidentini seçirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, səsvermə məntəqələri yerli vaxtla 08:00-da açılıb və seçki 20:00-dək davam edəcək.
Ölkədə rəsmi fəaliyyət göstərən beş partiya namizədlərini irəli sürüb. Bunlar ölkənin hazırkı prezidenti Şavkat Mirziyoyev, Parlament Senatının üzvü Maksuda Vorisova, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov, Parlamentin qanunvericilik palatasının deputatı Alişer Kadırov və Ekologiya Partiyasının lideri Narzullo Oblomurodovdur.
Səsvermə Azərbaycanda da təşkil olunub. Özbəkistanın ölkəmizdəki səfirliyində seçki məntəqəsi açılıb. Səs vermək arzusunda olan Özbəkistan vətəndaşları məntəqəyə Bakı vaxtı ilə 8:00-dan 20:00-dək pasportları ilə gələ bilərlər. Qurumun məlumatına görə, səsvermə hüququ olan Özbəkistan vətəndaşları ölkəmizdə əsasən Bakı, Quba, Gəncə və Sumqayıtda çoxluq təşkil edirlər.
Azərbaycan Milli Məclisinin nümayəndələri Özbəkistanda keçirilən seçkiləri izləmək üçün bu ölkəyə yola düşüblər. Vitse-spiker Fəzail İbrahimlinin başçılıq etdiyi heyətə Eldar İbrahimov, Qənirə Paşayeva, Cavanşir Paşazadə, Aydın Mirzəzadə və Ağalar Vəliyev daxildir. Beş parlamentarimiz seçkini MDB PA, Ağalar Vəliyev isə TÜRKPA xətti ilə izləyir.
Millət vəkillərimizlə yanaşı, Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov da nemayəndə heyəti ilə birlikdə Özbəkistanda səfərdədir.