https://sputnik.az/20211024/makronun-iqametgahinin-etrafinda-dronlar-ucusur-434543838.html
Makronun iqamətgahının ətrafında dronlar uçuşur
Makronun iqamətgahının ətrafında dronlar uçuşur
Sputnik Azərbaycan
Versaldakı prezident iqamətgahı ciddi qorunan məkandır və kamera və pilotsuz aparatlar üçün qapalı sayılır. 24.10.2021, Sputnik Azərbaycan
2021-10-24T23:34+0400
2021-10-24T23:34+0400
2021-10-24T23:34+0400
dünya xəbərləri
iqamətgah
fransa
dron
saray
pua
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/42426/77/424267765_0:0:3073:1728_1920x0_80_0_0_0bd659ca15060261d7f36c25a354e30c.jpg
BAKI, 24 oktyabr - Sputnik. Şənbə günü axşam saatlarında Fransa Prezidenti Emmanuel Makronun Versaldakı Lantern iqamətgahının ətrafında bir neçə dəfə iki pilotsuz uçuş aparatı qeydə alınıb.Sputnik Azərbaycan bildirir ki, bu barədə Parisien qəzeti yazır.Qeyd olunur ki, həmin vaxt Fransa Prezidenti iqamətgahında olub. Jandarmlar dronları yerli vaxtla 22 radələrində aşkarlayıblar. Sonra PUA-lar yoxa çıxıb, axtarışlara rəğmən, nə onları, nə də sahiblərini tapa biliblər. Hadisəni Versal komissarlığı araşdırır.Versaldakı prezident iqamətgahı ciddi qorunan məkandır və kamera və pilotsuz aparatlar üçün qapalı sayılır.Bu hərəkətə görə 75 min avro cərimə və bir illik həbs cəzası nəzərdə tutulub. Bildirilir ki, Lantern iqamətgahı yaxınlığında bu ilk belə insident deyil. 2020-ci ilin mayında polis 22 yaşlı bir tələbəni orada dron uçurduğuna görə saxlamışdı. Tələbə hadisəni boynuna almış, amma heç bir pis niyyətinin olmadığını, sadəcə Versal sarayının kanalını çəkmək istədiyini demişdi. Prokurorluq həmin işi bağlamışdı.Eləcə də oxuyun:* Makrondan ABŞ-ı qıcıqlandıracaq daha bir hərəkət* Hulusi Akar: NATO içərisində digər ittifaqların axtarılması güvəni sarsıda bilər* Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42426/77/424267765_0:0:2731:2048_1920x0_80_0_0_1a16e94e1c1bb2c3d96935874438e201.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqamətgah, fransa, dron, saray, pua, emmanuel makron
iqamətgah, fransa, dron, saray, pua, emmanuel makron
Makronun iqamətgahının ətrafında dronlar uçuşur
Versaldakı prezident iqamətgahı ciddi qorunan məkandır və kamera və pilotsuz aparatlar üçün qapalı sayılır.
BAKI, 24 oktyabr - Sputnik. Şənbə günü axşam saatlarında Fransa Prezidenti Emmanuel Makronun Versaldakı Lantern iqamətgahının ətrafında bir neçə dəfə iki pilotsuz uçuş aparatı qeydə alınıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
Parisien qəzeti yazır.
Qeyd olunur ki, həmin vaxt Fransa Prezidenti iqamətgahında olub. Jandarmlar dronları yerli vaxtla 22 radələrində aşkarlayıblar. Sonra PUA-lar yoxa çıxıb, axtarışlara rəğmən, nə onları, nə də sahiblərini tapa biliblər.
Hadisəni Versal komissarlığı araşdırır.
Versaldakı prezident iqamətgahı ciddi qorunan məkandır və kamera və pilotsuz aparatlar üçün qapalı sayılır.
Bu hərəkətə görə 75 min avro cərimə və bir illik həbs cəzası nəzərdə tutulub.
Bildirilir ki, Lantern iqamətgahı yaxınlığında bu ilk belə insident deyil. 2020-ci ilin mayında polis 22 yaşlı bir tələbəni orada dron uçurduğuna görə saxlamışdı. Tələbə hadisəni boynuna almış, amma heç bir pis niyyətinin olmadığını, sadəcə Versal sarayının kanalını çəkmək istədiyini demişdi. Prokurorluq həmin işi bağlamışdı.
*
Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı