Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Kosmik Odisseya: Buryatiyalı təqaüdçü uçan aparatların dəqiq modellərini yaradır

Abunə olmaq
Ulan-Ude sakini Leonid Simuxin əl altında olan materiallardan kosmik gəmilərin, təyyarələrin və helikopterlərin dəqiq modellərini hazırlayır.
Leonid Simuxin demək olar ki, bütün həyatı boyu bu cür texniki maketlərin hazırlanması ilə məşğul olub. Hələ uşaq ikən karton “qutudan” tank, təyyarə və helikopter modelləri hazırlayırdı. Vaxt keçdikcə onun istifadə etdiyi detallar fiqurların hazırlanması üçün azlıq etdiyindən Simuxin əl altında olan materiallardan da maketlərin hazırlanmasında istifadə etməyə başladı.
Dərman şüşələrindən başlayaraq muncuqlar və uşaqlar üçün "kinder sürpriz"in qablaşdırmasına kimi hər şeydən istifadə edirdi. Hərbi xidmət və ailə vəziyyəti ilə əlaqədar olaraq onun bu hobbisi tədricən ikinci plana keçdi. Ötən əsrin 80-ci illərinin sonlarında, Simuxin cihazqayırma zavodunda işləyərkən o, bir qrup entuziastlarla görüşür və unudulmuş hobbi tədricən Leonidin həyatına qayıdır.

“Bu işlə məşğul olan və marağı olan şəhər sakinləri ilə görüşdüm, burada bir növ maraq dairəsi var idi. Biz bir araya gəldik, müzakirə etdik və öz hazırladığımız modelləri bir-birimizə göstərdik”, - deyə təqaüdçü bildirir.

Simuxin xüsusi jurnallara abunə yazılaraq oradakı məlumatlardan istifadə edib, dostları ilə hobbisi barədə təcrübə mübadiləsi aparıb. Ancaq internetin yaranması ilə kosmik gəmilərin və stansiyaların modellərini yaratmaq üçün məlumatı tapmaq və əldə etmək daha asan olub.
Xəbər lenti
0