CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxmuş hamilələrin vəziyyətində dölün cinsiyyəti də rol oynayır

© Sputnik / StringerTibb işçisi, arxiv şəkli
Tibb işçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Araşdrımalar nəticəsində bəlli olub ki, bu xəstəlikdən ölənlər arasında qadınlarla müqayisədə kişilər daha çox üstünlük təşkil edir
BAKI, 23 oktyabr — Sputnik. ABŞ-da aparılan araşdırmalar zamanı bəlli olub ki, COVID-19-a yoluxmuş hamilə qadınlarda antitellərin formalaşması körpənin cinsiyyətindən asılı olaraq dəyişir.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-ın "Yale" universitetinin immunoloqu Akiko İvasaki apardığı araşdırmanın nəticəsini açıqlayıb.
O bildirib ki, döl oğlan cinsindəndirsə, bu zaman anada antitellərin miqdarı daha az olur və bu antitellər çox zəif olurlar.
İmmunoloq onu da bildirib ki, ümumiyyətlə, pandemiyanın yayıldığı ilk günlərdən də qadınlarla müqayisədə kişilər bu xəstəliyə daha çox yoluxur və onu ağır, ölümcül keçirir.
Araşdrımalarla həmçinin bəlli olub ki, bu xəstəlikdən ölənlər arasında qadınlarla müqayisədə kişilər daha çox üstünlük təşkil edir.
Xəbər lenti
0