DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransa NATO-ya Aİ-nin vahid ordusunun yaradılması ilə barışmağı tövsiyə edib

© AP Photo / Vadim GhirdaAİ bayrağı, arxiv şəkli
Aİ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Avropa İttifaqının vahid silahlı qüvvələrinin yaradılması ideyası Avstraliya, İngiltərə və ABŞ-ın yeni "AUKUS" adlı hərbi-siyasi alyans yaratmasından sonra yeni dəstək alıb.
BAKI, 24 oktyabr — Sputnik. Fransanın müdafiə naziri Florens Parli NATO-ya Avropa İttifaqının vahid ordusunun yaradılması ilə barışmağı məsləhət görüb. Bu barədə Rusiya mediası "Reuters"a istinadən xəbər verib.
"Avropa müdafiəsi NATO-ya qarşı deyil, əksinə qurulur: Avropanın möhkəmlənməsi alyansın gücləndirilməsinə və həyat qabiliyyətinin artırılmasına kömək edəcək", - deyə Parli bildirib.
Avropa İttifaqının vahid silahlı qüvvələrinin yaradılması ideyası Avstraliya, İngiltərə və ABŞ-ın yeni "AUKUS" adlı hərbi-siyasi alyans yaratmasından sonra yeni dəstək alıb.
Bu yaxınlarda Avropa Parlamentinin (AP) ən böyük partiyası olan Avropa Xalq Partiyası Avropa İttifaqının vahid hərbi hissəsinin yaradılmasını təklif edib.
Avropa İttifaqının öz vahid silahlı qüvvələri Avropa Parlamentində uzun müddətdir diskussiya mövzusudur və artıq bir neçə ildir ki, AP-də müdafiə və təhlükəsizlik sahəsində ümumi strategiya - "Strateji kompas" müzakirə olunur.
Avropa Xalq Partiyası AP-də 705-dən yerdən 187-nə sahibdir və Avropa ölkələrinin xristian-demokrat və mühafizəkar partiyalarını təmsil edir.
Eləcə də oxuyun:
* Makrondan ABŞ-ı qıcıqlandıracaq daha bir hərəkət
* Yeni siyasi mərhələ başlayır: Avropanın Azərbaycandakı siyasəti iflasdadır
* Avropa İttifaqı Qarabağın bərpasını dəstəkləyəcək
* Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib
* Hulusi Akar: NATO içərisində digər ittifaqların axtarılması güvəni sarsıda bilər
Xəbər lenti
0