CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda xəzri güclənəcək, bəzi rayonlara yağış, qar yağacaq

© Sputnik / Murad OrujovBakıda yağmurlu gün
Bakıda yağmurlu gün - Sputnik Azərbaycan, 1920, 24.10.2021
Abunə olmaq
Paytaxtda axşamçağı yağış yağacağı, küləyin güclənəcəyi gözlənir. Rayonlarda da duman, yağış və qar gözlənilir.
BAKI, 24 oktyabr — Sputnik. Azərbaycan ərazisində oktyabrın 25-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə  yağış yağacağı ehtimalı var.
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət 60-70 %  olacaq.
Radiator, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
CƏMİYYƏT
İstilik sisteminizi sazlayın - Hava xəbərdarlığı
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz  3-5° isti olacaq.
Xəbər lenti
0