https://sputnik.az/20211023/turkiye-azerbaycan-ortaq-media-patformasinin-ilk-toplantisi-kecirilib-434517193.html
Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib
Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib
Sputnik Azərbaycan
"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal... 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T16:01+0400
2021-10-23T16:01+0400
2021-10-23T16:15+0400
dünya xəbərləri
türkiyə
platforma
media
toplantı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434515605_0:92:1200:767_1920x0_80_0_0_309414c61b828935b0a766b07cdb35c5.jpg
BAKI, 23 oktyabr - Sputnik. İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib.Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər."Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434515605_0:0:1200:900_1920x0_80_0_0_0cf41fe881158f58aefa77fc5cea364c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, platforma, media, toplantı, azərbaycan
türkiyə, platforma, media, toplantı, azərbaycan
Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib
16:01 23.10.2021 (Yenilənib: 16:15 23.10.2021) "Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, dezinformasiyaya qarşı birgə mübarizə və sair məsələlər müzakirə edilib.
BAKI, 23 oktyabr - Sputnik. İstanbulda Türk Şurasının mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Patformasının ilk toplantısı keçirilib.
Sputnik Azərbaycan
"Report"-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
Fəxrəddin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmilərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.
"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın artırılması, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə edilib.
Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə İctimai diplomatiya, Beynəlxalq media, Stratejik kommunikasiya, Təhsil, Qanunvericilik və tənzimləmə, Rəqəmsallaşma və beynəlmiləlləşmə komitələrinin də yaradılması ilə bağlı qərar qəbul edilib.