https://sputnik.az/20211023/sekide-qennadi-muessisesinde-antisanitariya-askar-olunub-434517673.html
Şəkidə qənnadı müəssisəsində antisanitariya aşkar olunub
Şəkidə qənnadı müəssisəsində antisanitariya aşkar olunub
Sputnik Azərbaycan
Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya... 23.10.2021, Sputnik Azərbaycan
2021-10-23T16:19+0400
2021-10-23T16:19+0400
2021-10-23T16:53+0400
azərbaycan xəbərləri
şəki
şirniyyat
müəssisə
antisanitariya
aqta
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434515984_0:68:1200:743_1920x0_80_0_0_a931e7b05a62354a94f3c4c1f06d0410.jpg
BAKI, 23 oktyabr — Sputnik. Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Şəki şəhəri, Xətai küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən olunub.Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434515984_60:0:1140:810_1920x0_80_0_0_1990990b6c9f024976f46c2e2df55f9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şəki, şirniyyat, müəssisə, antisanitariya, aqta
şəki, şirniyyat, müəssisə, antisanitariya, aqta
Şəkidə qənnadı müəssisəsində antisanitariya aşkar olunub
16:19 23.10.2021 (Yenilənib: 16:53 23.10.2021) Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.
BAKI, 23 oktyabr — Sputnik. Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)
Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən
Şəki şəhəri, Xətai küçəsində fəaliyyət göstərən fiziki şəxs
Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən olunub.
Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır", - məluamtda deyilir.