CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava yağmursuz olacaq

© Sputnik / Ilham MustafayevXınalıq kəndinə mənzərə, arxiv şəkli
Xınalıq kəndinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
BAKI, 23 oktyabr — Sputnik. Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza əsaəsn, oktyabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Xəbər lenti
0