DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Çin və Rusiyaya qarşı xüsusi əməliyyat başlanıb

© REUTERS / DYLAN MARTINEZLondon polisi, arxiv şəkli
London polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Qəzet bildirir ki, İŞİD-ə qarşı mübarizə əməliyyatları dayandırılandan bəri bölmədən konkret vəzifələr üzrə istifadə olunub və o, Böyük Britaniyanın Müdafiə Nazirliyinin daimi bölməsi deyil.
BAKI, 23 oktyabr - Sputnik. Böyük Britaniyanın Müdafiə Nazirliyinin "bank" şöbəsi səylərini Rusiya və Çinlə mübarizəyə yönəldib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times yazır.
Nəşrin məlumatına görə, bu bölmə altı il əvvəl İŞİD*-in Suriya və İraqdakı kommersiya aktivliyi ilə mübarizə üçün yaradılıb. Bölmə keçmiş bankirlər və maliyyəçilərdən təşkil olunub. Ekspertlər əsasən xammal bazarı və beynəlxalq kapital axınında ixtisaslaşıblar.
Əməliyyat qrupunun əməkdaşları xüsusi qoşunlar, xüsusi xidmətlər, eləcə də informasiya müharibəsilə mübarizə şöbəsinin 77-ci briqadası ilə işləyiblər. Onların vəzifəsi düşmənin maliyyə çıxışlarını məhdudlaşdırmaqla zəiflədilməsi olub.
"Şöbədə mütəxəssislərə tələbat artıb, çünki Rusiya və Çin kimi düşmənlər kibersilahı milli infrastruktura yönəldərək və xaricdəki həssas sahələrə kommersiya yatırımları edərək sülh və müharibə arasındakı "boz zona"dan istifadə edirlər", - nəşr yazır.
Aviasiya marşalı, təqaüdə göndərilənə qədər operativ əməliyyatların kuratoru olmuş Edvard Stringer Financial Times-a bildirib ki, düşmənlərin biznes modellərinin kritik vacib elementlərini tapıb məhv etmək və onların əvəzlənməsini maksimal dərəcədə çətinləşdirmək lazım gəlirdi.
"Livanın "Hizbullah"ı, Putinə aidiyyatı olan adamlar, SEPAH, hətta Çinin Milli Ordusu belə öz iqtisadiyyatları çərçivəsində mini-siyasi vahidlərdir... Döyüş meydanınadək onları resurslarından məhrum etmək imkanınız olduğu halda onların o meydana çatmağına niyə icazə verməlisiniz ki?" - Stringer deyib.
Qəzet bildirir ki, İŞİD-ə qarşı mübarizə əməliyyatları dayandırılandan bəri bölmədən konkret vəzifələr üzrə istifadə olunub və o, Böyük Britaniyanın Müdafiə Nazirliyinin daimi bölməsi deyil.
Qərb dəfələrlə Rusiyanı kiberhücumlarda və daxili işlərə qarışmaqda ittiham edib. Rusiya isə bu ittihamları rədd edərək bildirib ki, qərb ölkələri buna heç bir sübut gətirə bilmirlər.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
Eləcə də oxuyun:
* “Ortadakı insan” kiberhücumundan necə qorunmaq olar? - Diqqətli olun!
* ABŞ-da növbəti kiberhücum həyəcanı – XİN rəsmisi danışmaqdan çəkindi
* ABŞ müdafiə naziri yeni müharibələr üçün yeni strategiya təklif edir
* Kaspersky gələcəyin proqnozunu verir - hücumlar daha dağıdıcı olacaq
Xəbər lenti
0