CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Canəli Əkbərovla vida mərasimi keçirilib

© Photo : REPORTXalq artisti Canəli Əkbərovun dəfn mərasimi
Xalq artisti Canəli Əkbərovun dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Mərhumun sənət yoldaşları xanəndəni alqış sədaları altında son mənzilə yola salıblar
BAKI, 23 oktyabr — Sputnik. Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər. Onlar mərhum xanəndəni alqış sədaları altında son mənzilə yola salıblar. Xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib.
Xalq artisti dünən 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
0