CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artur Rasi-zadənin səhhətində problem yarandı, xaricə aparıldı

© Photo : APA Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə
 Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Sabiq baş nazirsəhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur və yaxın vaxtlarda paytaxta qayıdacaq.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadənin səhhətində problem yaranıb.
Sputnik Azərbaycan Modern.az-a istinadən məlumatına görə, Rasi-zadə hazırda Bakı şəhərində deyil. O, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur və yaxın vaxtlarda paytaxta qayıdacaq.
Qeyd edək ki, 86 yaşlı Artur Rasi-zadə Baş nazir postunda 22 il çalışıb.
Xəbər lenti
0