Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Canəli Əkbərov dünyasını dəyişdi

© Photo : KulisXalq artisti Canəli Əkbərov
Xalq artisti Canəli Əkbərov - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi, bir neçə gün əvvəl vəziyyəti pisləşmişdi.
BAKI, 22 oktyabr - Sputnik. Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.
Qeyd edək ki, oktyabrın 21-də xanəndənin oğlu onun komaya düşdüyünü bildirmişdi.
"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirmişdi.
Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi.
Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.
Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə Şöhrət ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin.
Xəbər lenti
0