https://sputnik.az/20211022/turk-surasi-dovletleri-bir-birini-qeti-sekilde-destekleyir---prezidentin-komekcisi-434480603.html
“Türk Şurası dövlətləri bir-birini qəti şəkildə dəstəkləyir” - Prezidentin köməkçisi
“Türk Şurası dövlətləri bir-birini qəti şəkildə dəstəkləyir” - Prezidentin köməkçisi
Sputnik Azərbaycan
Hikmət hacıyev: Bu gün Türk Şurası dedikdə, qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlığı görürük. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T14:23+0400
2021-10-22T14:23+0400
2021-11-16T20:30+0400
dünya xəbərləri
türk
media
qarabağ
bloger
dünya
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_0:0:1001:563_1920x0_80_0_0_f492382db2dcbec2df79f0ee10499afa.jpg
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan prezidentinin köməkçisi xarici media nümayəndələrinə çağırış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media forumunda çıxışı zamanı deyib.Hikmət Hacıyev blogerlər, media nümayəndələrindən Azərbaycanın haqq səsinə səs verməyi xahiş edib:Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil:O, həmçinin qeyd edib ki, işğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbaycan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məscidlərdə donuz saxlanılıb.H.Hacıyev qeyd edib ki, Türk Şurasının baş katibinin bilavasitə dəstəyi ilə qarşıdan gələn Türk Şurasının sammitində çox vacib qərarların qəbul edilməsi gözlənilir:
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_30:0:919:667_1920x0_80_0_0_147defa0a26f9372aaf3cf2acd786b38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
türk, media, qarabağ, bloger, dünya
türk, media, qarabağ, bloger, dünya
“Türk Şurası dövlətləri bir-birini qəti şəkildə dəstəkləyir” - Prezidentin köməkçisi
14:23 22.10.2021 (Yenilənib: 20:30 16.11.2021) Hikmət hacıyev: Bu gün Türk Şurası dedikdə, qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlığı görürük.
BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan prezidentinin köməkçisi xarici media nümayəndələrinə çağırış edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media forumunda çıxışı zamanı deyib.
Hikmət Hacıyev blogerlər, media nümayəndələrindən Azərbaycanın haqq səsinə səs verməyi xahiş edib:
“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır. Qarabağda 10 min kv.km-dən çox Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib. XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıblar. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”.
Prezidentin köməkçisi bildirib ki, məqsədimiz qisas deyil:
“Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”.
O, həmçinin qeyd edib ki, işğal dövründə Azərbaycan xalqına məxsus olan 67 məscid nəinki məhv edilib, Azərbaycan xalqına, bütün müsəlmanlara təhqir olaraq bu məscidlərdə donuz saxlanılıb.
“Azərbaycan xalqının əzmi odur ki, Qarabağı yenidən qursun, türk, İslam sivilizasiyasının mərkəzi məntəqələrindən biri kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarsın. Biz əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar. Bu məsələdə də biz birlikdə fəaliyyət göstərəcəyik”, - deyə o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Türk Şurasının baş katibinin bilavasitə dəstəyi ilə qarşıdan gələn Türk Şurasının sammitində çox vacib qərarların qəbul edilməsi gözlənilir:
“Bu qərarların qəbul olunması ilə Türk Şurası beynəlxalq münasibətlərdə daha da təsisatlanaraq, daha güclü mövqeyə sahib olacaq. Bu gün Türk Şurası dedikdə, qardaş ölkələrimiz arasında bütün sahələri əhatə edən əməkdaşlığı görürük. Bu, ilk olaraq siyasi əməkdaşlıqdır. Dövlətlərimiz bütün beynəlxalq arenalarda bir-birini qəti şəkildə dəstəkləyir”.