https://sputnik.az/20211016/azad-olunmus-erazilerdeki-minalar-tebietin-berpasina-mane-olur---nazir-muavini-434284993.html
Azad olunmuş ərazilərdəki minalar təbiətin bərpasına mane olur - Nazir müavini
Azad olunmuş ərazilərdəki minalar təbiətin bərpasına mane olur - Nazir müavini
Sputnik Azərbaycan
"Böyük qayıdış"ın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi... 16.10.2021, Sputnik Azərbaycan
2021-10-16T15:31+0400
2021-10-16T15:31+0400
2021-10-16T15:31+0400
cəmiyyət
təbiət
mina
bərpa
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406524_0:0:2737:1540_1920x0_80_0_0_58ac74649f7436c1bbcec6a0c8a91ed7.jpg
BAKI, 16 oktyabr — Sputnik. İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlamasında bildirib.O, deyib ki, Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma 30 il ərzində biz onlara Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət etsək də, əfsuslar olsun ki, heç nə etməyiblər.Nazir müavini bildirib ki, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:Nazir müavini onu da deyib ki, "Böyük qayıdış"ın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib:F.Əliyev həmçinin deyib ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bu işdə böyük dəstəyi var. Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur.Onun sözlərinə görə, eyni zamanda, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub:Nazir müavini həmçinin deyib ki, yaz-əkin mövsümünə Zəngilandan başlanılıb. Onun sözlərinə görə, payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427406524_8:0:2737:2047_1920x0_80_0_0_db652a4d60e971e35507543f28326803.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbiət, mina, bərpa, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
təbiət, mina, bərpa, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Azad olunmuş ərazilərdəki minalar təbiətin bərpasına mane olur - Nazir müavini
"Böyük qayıdış"ın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib.
BAKI, 16 oktyabr — Sputnik. İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini
Firdovsi Əliyev açıqlamasında bildirib.
O, deyib ki, Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma 30 il ərzində biz onlara Qarabağdakı ekoloji vəziyyətlə bağlı müraciət etsək də, əfsuslar olsun ki, heç nə etməyiblər.
Nazir müavini bildirib ki, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:
"Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Orada təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə ermənilər törətdikləri vəhşiliklər görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil. Ora minalanmış ərazilər olduğu üçün çox təhlükəlidir".
Nazir müavini onu da deyib ki, "Böyük qayıdış"ın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsi hədəflənib:
"Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə bölünüb".
F.Əliyev həmçinin deyib ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bu işdə böyük dəstəyi var. Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur.
Onun sözlərinə görə, eyni zamanda, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub:
"Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda, ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq".
Nazir müavini həmçinin deyib ki, yaz-əkin mövsümünə Zəngilandan başlanılıb. Onun sözlərinə görə, payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.