CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə zəfərə həsr olunan konfrans keçirilir

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin iclası keçirilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasın gündəliyinə bir məsələ daxil edilib.
Tədbirdə həm də Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Vətən müharibəsi qəhrəmanı Babək Ələkbərov və Vətən müharibəsi qazisi Nicat Zalov iştirak edirlər.
Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin oktyabrın 22-də keçirilən iclası 44 günlük Vətən müharibəsində qazanılan Zəfərimizin ildönümünə həsr olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov çıxışında bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edib:

"Ona görə də bu barədə çox danışacağıq və danışmağa sözümüz də çoxdur".

Daha sonra çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycanda indi yaşayan insanlar xoşbəxt nəslin nümayəndələridir:

"Biz qəhrəman xalqıq. Çünki torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan Ordusu çox güclüdür və daha da güclənəcək. Orduda, döyüş meydanında sərkərdənin, Ali Baş Komandanın olması mühüm şərtdir. Xoşbəxtik ki, Silahlı Qüvvələrimizin Prezident İlham Əliyev kimi müdrik sərkərdəsi var".

Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdiyini diqqətə çatdıran hərbi ekspert bildirib ki, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına çıxmasına nail ola bilib. Qələbəmizin də əsasında məhz bu amil dayanır.
Ş.Ramaldanov qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın döyüş taktikası dəyişdi, amma Ermənistanın taktikası 1990-cı illərdə olduğu kimi idi.
Xəbər lenti
0