Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İllərdir sənətdə olsa da, özünə rəssam demir

Abunə olmaq
Rəssam Ehtiram Məmmədov: “Mənə deyirlər ki, Almaniyaya gedin, orada daha çox qazanarsız”. Ətraflı Sputnik Azərbaycan-nın videosunda.
Onun istedadını ilk olaraq orta məktəb müəllimləri görüb. Həmin vaxt onu Masallı Rayon Pionerlər evində Rəssamlıq dərnəyinə yönəldiblər. Qəhrəmanımız Masallı Şəhər 11-illik İncəsənət məktəbinin rəssamlıq müəllimi Ehtiram Məmmədovdur. Azərbaycan Rəssamlar İttiffaqının üzvü olan E.Məmmədov öz sənəti haqqında Sputnik Azərbaycana danışdı. Ehtiram müəllimin valideynləri fəhlə sinfindən olublar və oğullarının rəssamlığıa meylli olmasına çox şad olublar. Ehtiram Məmmədov müsahibəsində bildirib:

“2003-cü il idi. 74x120 sm ölçüdə dini mövzuda bir əsərim var. Düzdür, o təxəyyül əsəridir, Həzrəti Əlinin portretidir, DVP üzərində işləmişəm, hal-hazırda da öz keyfiyyətini itirməyib. Sadəcə olaraq həcmi böyük olduğu üçün öz emalatxanamızda yerləşir. Həmin rəsm bir neçə sərgilərdə iştirak edib, diplomlar qazanıb. Mən portret, natürmort və mənzərə janrlarını işləyirəm. Amma portret janrı əsərlərimdə digər janrları üstələyir. Səbəb isə odur ki, adətən portret sifariş edilir. Bəzən ad günlərinə də portret sifariş olunur. Amma son illər şəhid qəhrəmanlarımızın şücaətləri məni daha da istiqamətləndirdi ki, onların portretləri üzərində daha çox işləyim.”

“İndi bütün dünya şəkil çəkir, amma rəssam olmaq çətindir. Otuz beş ildir bu sahədə olsam da, mən hələ də özümə rəssam demirəm. Çünki hələ də öyrənirəm, şagirdlərimə, tələbələrimə dərs keçə-keçə öyrənirəm. Yaradıcılığımı inkişaf etdirərək öyrənirəm.”
Almaniyadan dostum gəlmişdi, o sürrealizm üslubunda işləyir. Mənə dedi ki, “Ehtiram müəllim, siz mənimlə gəlin, Almaniyaya gedək, siz orada daha çox qazanarsınız. Siz çox zəhmətlə işləyirsiniz. Bizdə isə 2 rəngi qarışdırıb vururuq kətana və çərçivəyə keçirib abstrakt təfəkkürlü əsəri filan qiymətə satırıq.”
“Hal-hazırda bu sahə ilə hələlik maraqlanmırlar. Düzdür dövrün-zamanın tələblərinə uyğun olaraq bu iş yerinə yetirilir. Bir neçə əsərim sərgiləri dolaşdı gəldi, sonrada onları internet vasitəsi ilə tapıb 4-nü birdən aldılar” deyən rəssam əsərlərinin dəyər-dəyməsə satmaq istəmədiyini bildirir.
Xəbər lenti
0