Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

BMT və Azərbaycan arasında memorandum imzalanıb

© Sputnik / Nigar IskanderovaBMT-nin Azərbaycandakı ofisi, Sahibkarlığın inkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi
BMT-nin Azərbaycandakı ofisi, Sahibkarlığın inkişafı Fondu (SİF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədr əvəzi Osman Xaliyev bildirib ki, 2021-2023-cü il üçün fəaliyyət planı təsdiq edilib.
BAKI, 22 oktyabr — Sputnik. BMT-nin Azərbaycandakı ofisi Sahibkarlığın inkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BMT-nin Qlobal Sazişi vasitəsilə korporativ dayanıqlılığı təşviq etmək üçün Anlaşma Memorandumu imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA-nın sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıblar. Anlaşma Memorandumunun məqsədi Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış beş sosial-iqtisadi inkişaf prioritetinə nail olmaq üçün cəmiyyət, biznes, və dövlət arasında münasibətləri gücləndirmək, COVID-19 pandemiyasından bərpa prosesi zamanı möhkəm biznes modelləri qurmaq, habelə beynəlxalq bazarlara çıxmaq və rəqabət qabiliyyətlərini artırmaq üçün yerli şirkətlərə kömək etməkdən ibarətdir.
Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək, insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair on prinsipini Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər.
160-dan çox ölkədən 12000 şirkət və 3000 qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini on prinsipə uyğunlaşdırmağa və BMT-nin 2039-cu il Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. BMT-nin Qlobal Sazişinin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqları üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf haqqında Rio-de-Janeyro Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.
Bu anlaşma ilə beynəlxalq bizneslərə daxil olmaq imkanı yaranacaq.
Sahibkarlığın İnkişafı Fondunun İdarə heyətinin sədr əvəzi Osman Xaliyev bildirib ki, 2021-2023-cü il üçün fəaliyyət planı təsdiq edilib:

"SİF tərəfindən müxtəlif araşdırmalar aparılıb və beynəlxalq təşkilatlarla iş birliyi qurulub. Ətraf mühitlə bağlı proqramları hazırlayaraq növbəti illərdə bu proqramların həyata keçirilməsi təşviq ediləcək".

Xəbər lenti
0