Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ər arvadını məftillə boğub

© Sputnik / Murad OrujovBakıda PPX avtomobilləri, arxiv şəkli
Bakıda PPX avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 22 oktyabr — Sputnik. Oktyabrın 21-i saat 19.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qaradağ rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0