https://sputnik.az/20211022/bakida-daha-bir-mekteb-baglandi-434479847.html
Bakıda daha bir məktəb bağlandı
Bakıda daha bir məktəb bağlandı
Sputnik Azərbaycan
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub. 22.10.2021, Sputnik Azərbaycan
2021-10-22T14:12+0400
2021-10-22T14:12+0400
2021-10-22T14:35+0400
təhsil
məktəb
cəmiyyət
distant təhsil sistemi
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_0:0:3069:1726_1920x0_80_0_0_4f94f40794458f0729de69f32db280dd.jpg
BAKI, 22 oktyabr — Sputnik. Bakıdakı 124 nömrəli tam orta məktəb distant tədrisə keçib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.Xəbərdə qeyd edilir ki, paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Belə ki, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.Qeyd edək ki, Təhsil Nazirliyinin bu gün yaydığı xəbərə görə, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427050427_338:0:3069:2048_1920x0_80_0_0_b8bc0c0dc64a89b5a65d1f6de8c775bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, cəmiyyət, distant təhsil sistemi, koronavirus, covid-19
məktəb, cəmiyyət, distant təhsil sistemi, koronavirus, covid-19
Bakıda daha bir məktəb bağlandı
14:12 22.10.2021 (Yenilənib: 14:35 22.10.2021) Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
BAKI, 22 oktyabr — Sputnik. Bakıdakı 124 nömrəli tam orta məktəb distant tədrisə keçib. Bu barədə
Sputnik Azərbaycan-a
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Xəbərdə qeyd edilir ki, paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Belə ki, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin bu gün yaydığı xəbərə görə, ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.
Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib. Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.
I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.