Astarada narkotrafikin qarşısı alındı
12:27 22.10.2021 (Yenilənib: 12:37 22.10.2021)
© AFP 2024 / RODGER BOSCHNarkotik
© AFP 2024 / RODGER BOSCH
Abunə olmaq
Axtarış zamanı saxlanılanlardan heroin aşkarlanaraq götürülüb. Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKI, 22 oktyabr — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektoru Məhəmməd Rzayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Siyavuş Mirzəyev saxlanılıb:
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Siyavuş Mirzəyev
Siyavuş Mirzəyev
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)
“Onun üzərindən külli miqdarda heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun göndərdiyi narkotik vasitələrin müxtəlif şəxslərə çatdırılmasını və satışını təşkil etdiyi, eyni zamanda özünün və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitlərinin xaricdə yaşayan narkotacirə çatdırılmasını təşkil etdiyi məlum olub”.
Məlumat üçün bildirək ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara şəhər sakini Vahid Nəzirov də saxlanılıb.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Vahid Nəzirov
Vahid Nəzirov
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)
Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.