Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəhid ərinin anım mərasiminə qatılmağa gedən qadın qəzaya düşərək ölüb

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş.
BAKI, 21 oktyabr — Sputnik. Zərdabda oğlu ilə birlikdə şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.
İlkin məlumata görə, qəza nəticəsində avtomobilin sürücü də ölüb. Avtomobildə olan uşaq isə xəsarət alıb. Şəhidin ikinci oğlu olan uşaq hazırda xəstəxanadadır.
Qeyd edək ki, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.
Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.
Xəbər lenti
0