CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə əlillərinə evlərlə bağlı güzəşt

© Sputnik / Nigar IskanderovaMənzillərin təqdimatı
Mənzillərin təqdimatı  - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Dövlət başçısı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
BAKI, 21 oktyabr — Sputnik . Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla da müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad ediliblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq ötən dövrdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olan şəxslərə verilməsi nəzərdə tutulub.
Xəbər lenti
0