CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həvəssiz seçicini qazanmaq üsulu: Trampın tənqid hədəfi bizə lazımdırmı?

© Sputnik / Murad OrujovAzərbaycanda seçkilər, arxiv şəkli
Azərbaycanda seçkilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Xüsusən də elektron seçki sisteminin tətbiq edilməsi seçkiyə getməyə həvəsi olmayan insanlar üçün əlverişlidir.
BAKI, 21 oktyabr — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov "Report"a açıqlamasında gələcəkdə Azərbaycanda elektron səsvermə sisteminin tətbiqinin nəzərdən keçirilə biləcəyini deyib.
Ötən əsrin 90-cı illərindən etibarən dünyada elektron səsvermə sistemi tətbiq edilir. Bununla belə, elektron səsvermə ilə bağlı dünyada hələ də mübahisəli məqamlar qalmaqdadır. Bu cür səsvermə metodunun tətbiqi zamanı bir çox ölkələrdə problemlər yaranıb.
Sputnik Azərbaycan elektron səsvermə sisteminin tətbiqi imkanları və onun etibarlılığı ilə bağlı millət vəkili Fazil Mustafanın və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Fazil Mustafa bildirib ki, dünyanın əksər ölkələrində belə bir sistem var və bu, uğurla tətbiq olunur: "Bu baxımdan belə bir sistemin tətbiq edilməsi müzakirə edilə bilər. Xüsusən də elektron seçki sisteminin tətbiq edilməsi seçkiyə getməyə həvəsi olmayan insanlar üçün əlverişlidir".
Президент Польши Анджей Дуда, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.04.2020
Bu Avropa ölkəsində elektron poçtla prezident seçkiləri keçirilə bilər
Millət vəkilinin sözlərinə görə, insanların evindən çıxmadan seçki prosesində iştirak etməsi onlar üçün əlverişli variantdır. O qeyd edib ki, elektron səsvermə sisteminin tətbiqi seçkilərdə aktivliyin artmasına da səbəb ola bilər. Eyni zamanda bu sistemin etibarlılığının təmin edilməsi üçün təhlükəsizlik tədbirlərinin yüksək olması da vacibdir.
Politoloq Elşən Manafov isə deyir ki, elektron səsverməyə seçicilərin münasibəti fərqlidir.
"Biz bunu ABŞ-da keçirilən sonuncu prezident seçkilərində gördük. Tramp özü seçkilərdə məğlubiyyətinə etiraz etdi. O bildirirdi ki, elektron səsvermə seçkilərin nəticələrinin saxtalaşdırılmasına şərait yaradır".
Politoloq düşünür ki, elektron səsvermənin kiberhücumlara məruz qalması amillərini nəzərə alsaq, səsvermə nəticələrinin bütün hallarda obyektiv olacağı ilə bağlı narahatlıqlar anlaşılandır.
O bildirib ki, bu məsələyə münasibət hər bir ölkənin elitasının, seçicilərin bu məsələyə münasibətilə birbaşa bağlıdır. Onun fikrincə, dünya dəyişdikcə səsvermənin üslub və metodları da dəyişməlidir: "Bütövlükdə elektron səsvermənin tətbiqini müsbət hal kimi dəyərləndirirəm. Bu cür səsvermə sisteminin Azərbaycanda tətbiq edilməsi əvvəlki seçkilər zamanı baş vermiş, seçicilər tərəfindən birmənalı qarşılanmayan halların aradan qaldırılmasına töhfə verə bilər. Məncə, ilk olaraq seçki məcəlləsinin dəyişdirilməsi ilə bağlı məsələlərə baxılmalıdır. Elektron səsvermənin tətbiqi ilə yanaşı, ayrı-ayrı dövlətlərin seçki təcrübəsinin öyrənilməsi və seçki məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac var".
Eləcə də oxuyun:
* Azərbaycanlı Gürcüstanda mer seçildi
* Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi
Xəbər lenti
0