CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğan Füzuliyə gələcək

© AP Photo / Kemal Softic Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Ərdoğan bildirib ki, səfərini Azərbaycan Prezidenti ilə artıq müzakirə edib.
BAKI, 21 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər planında Bakıda olmaq nəzərdə tutulmayıb.
“Oktyabrın 26-da Azərbaycana səfər edəcəyəm. Proqramda Bakıya səfər nəzərdə tutulmayıb. Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik", - Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfərini Azərbaycan Prezidenti ilə artıq müzakirə edib.
Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də erməni işğalından azad edilib. Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi bu il yanvarın 14-də qoyulub. Füzuli aeroportuna sınaq uçuşları sentyabrın 5-də başlanıb. Oktyabrın 5-də isə hava limanı ilk beynəlxalq reysi qəbul edib.
Xəbər lenti
0