Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda yeni partiya dövlət qeydiyyatına alınıb

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.10.2021
Abunə olmaq
Sədr Anar Əsədli "Facebook" səhifəsində yazıb ki, Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək.
BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə partiyanın sədri Anar Əsədli "Facebook" səhifəsində paylaşım edib.
"Azərbaycan Yüksəliş Partiyası artıq dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır. Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz.
Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək" – deyə, A.Əsədli qeyd edib.
Xəbər lenti
0