Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN Qaxda göbələk faciəsi barədə: Bir ailənin iki uşağı niyə ölüb?

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidŞampinyonlar, arxiv şəkli
Şampinyonlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.
BAKI, 20 oktyabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deylir:
"Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb. Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır. Araşdırma aparılır".
***
Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.
M.Qasımlı və İ.Qasımzadə vəfat edib. "Faktla bağlı araşdırma aparılır", - Mətbuat xidmətindən bildirilib.
***
Qax rayonunun Tasmalı kəndində bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənib.
Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən xəstələnmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti ağır olduğundan, Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər.
Zəhərlənən 12 yaşlı M. Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ. Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.
19.10.2021- 23:24
Qax sakinləri zəhərləndilər, 12 yaşlı oğlan dünyasını dəyişdi
Qax rayonunda zəhərlənmə hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report"a istinadən bildirir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
Xəbər lenti
0