Muəmmər Qəddafinin ziddiyyətli həyatı və qətlə yetirilməsi
1969-cu ilin sentyabrın 1-də kapitan Qəddafinin rəhbərliyi altında bir qrup üsyançı kral sarayını, hökumət müəssələrini, radio və televiziyanı ələ keçirib. O, İnqilab Komandanlığı Şurasının sədri və Ali Baş Komandan vəzifəsini tutub. O vaxtdan bəri Qəddafi ölkəni faktiki olaraq idarə edib.

İnqilabdan sonra Qəddafi polkovnik rütbəsinə yüksəlib və o, 1976-cı ilin yanvarında general-mayor rütbəsinə sahib olmasına baxmayaraq bu rütbəni qoruyub saxlayıb.

1977-ci ilin martında "xalq respublikası" elan edilib. Ölkənin rəsmi adı Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi (BSXLƏC) olub. Qəddafi ölkənin prezidenti olaraq öz Ərəb Sosialist İttifaqı (ƏSİ) istisna olmaqla bütün siyasi təşkilatları qadağan edib.

1970-ci illərdə Qəddafi iki keçmiş dünya nəzəriyyəsi olan Adam Smitin kapitalizmini və Karl Marksın kommunizmini əvəz edilməli olan "Üçüncü Dünya nəzəriyyəsi"ni formalaşdırıb. Bu nəzəriyyə Qəddafinin özünün "Yeni əsrin incili" adlandırdığı üç cildlik "Yaşıl Kitab" adlı əsərində irəli sürülüb.

"Yaşıl kitab"dan başqa, Qəddafiyə qələminə 1997-ci ildə nəşr olunan "Yaşasın əziyyət çəkmişlərin dövləti!" adlı əsəri, həmçinin "Kənd, kənd. Yer, yer. Kosmonavtın intiharı və digər hekayələr" toplusu aiddir. Xaricdə polkovnikin hekayələri və essesi "Cəhənnəmə qaçış" (Escape to Hell) toplusu şəklində nəşr olunub.

Qəddafi mömin bir müsəlman olub. Onun hakimiyyətə gəlişindən sonra atdığı ilk addımlarından biri təqvim islahatı olub: orada ilin aylarının adları dəyişdirilib, hicri tarix isə Məhəmməd peyğəmbərin vəfat etdiyi ildən aparılmağa başlanıb.

ABŞ Prezidenti Barak Obama (sağda) və Liviya lideri Muəmmər Qəddafi 9 İyul 2009-cu ildə Akvilada G8 ölkələrinin sammiti zamanı əl sıxırlar.

Qəddafi iki dəfə ailə qurub. O, keçmiş Liviya hökmdarı İdrisin etibarlı adamlarından biri olan kral ordusunun baş qərargah rəisinin müavini general Xalidin qızı Fatimə ilə evlənib.

Çevrilişdən dərhal sonra Qəddafi evliliyini pozaraq bir oğlunu özündə saxlayıb. Boşandıqdan iki ay sonra o, hərbi xəstəxananın tibb bacısı Sofiya ilə evlənib. Bu evlilikdə Qəddafinin altı oğlu və bir qızı dünyaya gəlib. Başqa bir qızı (övladlığa götürülmüş) 1986-cı ilin aprelində ABŞ-ın Tripoliyə hava hücumu zamanı həlak olub.

Qəddafinin 42 illik hakimiyyətiı dövründə planetin ən zəngin sakinlərindən biri olub. "Los Angeles Times" qəzetinin yazdığına görə, Muəmmər Qəddafi ölümündən əvvəl bank hesablarında və bütün dünyada daşınmaz əmlaka və qiymətli kağızlara sərmayə qoyaraq 200 milyard dollardan çox pul gizlədib... bu məbləğ Qərb hökumətlərinin keçmiş qiymətlərindən iki dəfə çoxdur.

Liviya lideri Muəmmər Qəddafi (mərkəzdə) 10 dekabr 2007-ci ildə Fransa prezidenti Nikolya Sarkozi ilə görüşdən sonra Parisdəki Yelisey Sarayını tərk edir.

Qəddafi həyatına edilən bir neçə sui-qəsd cəhdlərindən sağ çıxıb.

Muəmmər Qəddafi 20 oktyabr 2011-ci ildə Sirt şəhəri yaxınlığında qətlə yetirilib. Elə orada da oğlu Mötəsim öldürülüb. Qəddafinin mühasirəyə alınmış Sirtdən qaçmağa çalışdığı avtomobil karvanı NATO-nun hava hücumuna məruz qalıb. Yaralı Qəddafi drenaj qurğusunda gizlənib, ancaq Liviyanın Milli Keçid Şurasının (MKŞ) dəstələrindən biri onu taparaq əsir götürüb. Bəzi məlumatlara görə, Qəddafi və Mötəsim işgəncələrə məruz qalaraq öldürülüb.

Qəddafinin cəsədi təxminən 4 gün ərzində Misratadakı sənaye soyuducularının birində ictimaiyyətə təqdim edilib. Sonra isə qalıqlar səhrada basdırılıb və bu yer gizli qalıb.