https://sputnik.az/20211020/gencede-narkotik-alveri-ve-ogurluq-tugyan-edir-434396781.html
Gəncədə narkotik alveri və oğurluq tüğyan edir
Gəncədə narkotik alveri və oğurluq tüğyan edir
Sputnik Azərbaycan
İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən... 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T14:15+0400
2021-10-20T14:15+0400
2021-10-20T14:17+0400
cəmiyyət
narkotik
gəncə
gəncə şəhəri
https://cdnn1.img.sputnik.az/img/42384/20/423842005_0:0:3395:1910_1920x0_80_0_0_ee23499900055b0e9d00248f91a89a95.jpg
BAKI, 20 oktyabr — Sputnik. Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, Şahin Fətullayev saxlanılaraq Polis İdarəsinə gətirilib.Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və 9 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülüb.Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.Bundan başqa, İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.Saxlanılan şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42384/20/423842005_265:0:2996:2048_1920x0_80_0_0_333e53aef8c0b0907235dcbfda09db9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, gəncə, gəncə şəhəri
narkotik, gəncə, gəncə şəhəri
Gəncədə narkotik alveri və oğurluq tüğyan edir
14:15 20.10.2021 (Yenilənib: 14:17 20.10.2021) İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKI, 20 oktyabr — Sputnik. Gəncədə narkotik satmaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, Şahin Fətullayev saxlanılaraq Polis İdarəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 13 ədəd ayrı-ayrı sellofan bükümlərdə metamfetamin və 9 ədəd sellofan bükümdə heroin aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Bundan başqa, İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədov cari və ötən ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 9 000 manat olan qızıl-zinət əşyalarını, məişət və elektrik avadanlıqlarını oğurlayıb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.