https://sputnik.az/20211020/fhn-agac-komurunun-qanunsuz-istehsali-ile-mesgul-olanlari-dayandirdi---vdeo-434399333.html
FHN ağac kömürünün qanunsuz istehsalı ilə məşğul olanları dayandırdı - VİDEO
FHN ağac kömürünün qanunsuz istehsalı ilə məşğul olanları dayandırdı - VİDEO
Sputnik Azərbaycan
Monitorinqlər zamanı Oğuz rayonu, Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkar edib. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T13:51+0400
2021-10-20T13:51+0400
2021-10-20T13:51+0400
kömür
azərbaycan xəbərləri
fövqəladə hallar nazirliyi
muxax kəndi
oğuz rayonu
oğuz
azərbaycan respublikası fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42171/69/421716921_0:320:3072:2048_1920x0_80_0_0_7c4a88aeb5d7bf60a84b95e61a8db70d.jpg
BAKI, 20 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Oğuz rayonu, Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkar edib.Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42171/69/421716921_293:0:3024:2048_1920x0_80_0_0_c681ee8963ea0e47bbc9b4fab5b7ae4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kömür, fövqəladə hallar nazirliyi, muxax kəndi, oğuz rayonu, oğuz, azərbaycan respublikası fövqəladə hallar nazirliyi
kömür, fövqəladə hallar nazirliyi, muxax kəndi, oğuz rayonu, oğuz, azərbaycan respublikası fövqəladə hallar nazirliyi
FHN ağac kömürünün qanunsuz istehsalı ilə məşğul olanları dayandırdı - VİDEO
Monitorinqlər zamanı Oğuz rayonu, Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkar edib.
BAKI, 20 oktyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Oğuz rayonu, Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkar edib.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.