https://sputnik.az/20211020/ciraq-platformasinda-profilaktik-isler-vaxtindan-evvel-basa-catib-434400800.html
"Çıraq" platformasında profilaktik işlər vaxtından əvvəl başa çatıb
"Çıraq" platformasında profilaktik işlər vaxtından əvvəl başa çatıb
Sputnik Azərbaycan
Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T17:59+0400
2021-10-20T17:59+0400
2021-10-20T17:59+0400
platforma
iqtisadiyyat
azəri-çıraq-günəşli yataqlar bloku
"çıraq" yatağı
"azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
https://cdnn1.img.sputnik.az/img/42177/39/421773907_0:133:1280:853_1920x0_80_0_0_f020912009792c0460d3e85d03aab904.jpg
BAKI, 20 oktyabr — Sputnik. "Çıraq" platformasında sentyabrnın 23-də başlamış 25 günlük profilaktik işlər 2 gün əvvəlcədən, yəni oktyabrın 16-da uğurla başa çatıb.Bu barədə Sputnik Azərbaycan-a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub və platformanın hasilat və ixrac sistemləri işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi. Proqramın iş həcminin əsas hissəsini həmçinin Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi.Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42177/39/421773907_92:0:1229:853_1920x0_80_0_0_330091d8a09cf122c58e0687f1d2b318.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
platforma, azəri-çıraq-günəşli yataqlar bloku, "çıraq" yatağı, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
platforma, azəri-çıraq-günəşli yataqlar bloku, "çıraq" yatağı, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
"Çıraq" platformasında profilaktik işlər vaxtından əvvəl başa çatıb
Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.
BAKI, 20 oktyabr — Sputnik. "Çıraq" platformasında sentyabrnın 23-də başlamış 25 günlük profilaktik işlər 2 gün əvvəlcədən, yəni oktyabrın 16-da uğurla başa çatıb.
Bu barədə Sputnik Azərbaycan-a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub və platformanın hasilat və ixrac sistemləri işə salınmışdır. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına əsasən inspeksiya və təzələnmə işləri, o cümlədən məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri daxil idi. Proqramın iş həcminin əsas hissəsini həmçinin Çıraq qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edirdi.
Bu layihə Çırağın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə bp-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.