Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 300-dən çox jurnalist koronavirusa yoluxub, 14 nəfər vəfat edib

© Depositphotos.com / MacorKİV işçisi, arxiv şəkli
KİV işçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
BAKI, 20 oktyabr — Sputnik. Mətbuat Şurasının təşkil etdiyi vaksinasiyaya indiyə qədər 1 100-dən çox media nümayəndəsi qatılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Report-a açıqlamasında şura sədri Əflatun Amaşov bildirib.
Onun sözlərinə görə, jurnalistlərdən 300 nəfərində koronavurusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü vəfat edib.
Qeyd edək ki, ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.
Mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.
Dəfndə mərhumun yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.
E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Xatırladaq ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 505554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479675 nəfər müalicə olunaraq sağalıb, 6793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12189, ötən müddət ərzində isə ümumilikdə 5044744 test aparılıb.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.
Xəbər lenti
0