https://sputnik.az/20211020/azerbaycana-keyfiyyetsiz-dermanlar-idxal-edilir-434394612.html
Azərbaycana keyfiyyətsiz dərmanlar idxal edilir?
Azərbaycana keyfiyyətsiz dərmanlar idxal edilir?
Sputnik Azərbaycan
Xarici ölkələrdə rəsmi fəaliyyət göstərən dərman zavodlarında müxtəlif keyfiyyətdə dərman istehsal etmək mümkün deyil. 20.10.2021, Sputnik Azərbaycan
2021-10-20T13:00+0400
2021-10-20T13:00+0400
2021-10-20T13:00+0400
dərman
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545743_0:120:3103:1865_1920x0_80_0_0_04da0d63d92a053d04a728f83b94a637.jpg
BAKI, 19 oktyabr — Sputnik. Xaricdən ölkəmizə idxal edilən dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlar bitmək bilmir. Mütəmadi olaraq sosial platformada xaricdə satılan dərman vasitələri ilə müqayisədə ölkəmizdə satılan dərmanların keyfiyyətində fərq olduğu bildirilir. Aygün Məcidova adlı sakin Sputnik Azərbaycan-a bildirib ki, Türkiyədən aldığı "Panadol" dərman preparatı ilə müqayisədə Azərbaycanda aldığı eyni dərman arasında ciddi keyfiyyət fərqi var. A.Məcidova deyir ki, Türkiyədən aldığı dərmanı qəbul etdiyi andan bir neçə dəqiqə sonra təsirini hiss etsə də, Azərbaycandan aldığı dərman eyni təsir göstərməyib.Digər vətəndaş Züleyxa Məmmədova isə Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, qalxanabənzər vəzin müalicəsi üçün Türkiyədən aldığı dərmanlar daha təsirlidir: " "L-Trioksin-100 mg" və "Eutiroks-100 mg" dərman preparatlarını Türkiyədən alıb qəbul etdikdə labarotor analizlər zamanı hormonların qaydasına düşdüyü və müalicənin effekt verdiyi görünür. Eyni dərmanları Azərbaycandan alıb qəbul etdikdə mənə boğulma verir. Müalicə isə effekt vermir".Soial platformalarda bunabənzər çoxlu sayda dərmanların keyfiyyətindən narazılıqdolu fikirlərə rast gəlmək olar.Hətta bunda ölkəmizə dərman idxalı ilə məşğul olan şirkətlərin günahkar hesab edənlər də var. Səslənın iddialardan biri də odur ki, ölkəmizə dərman idxal edən şirkətlər istehsalçı şirkətlərlə sövdələşərək dərmanları ucuz almaq üçün onların aşağı keyfiyyətdə istehsalına nail olurlar.Bəs görəsən ölkəmizdə satılan dərman vasitələrinin keyfiyyətinin xarici ölkələrdə satılan dərmanlarla müqayisədə keyfiyyətsiz olması barədə iddialar nə dərəcədə doğrudur?Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə qeydiyyatdan keçən dərman vasitələrinin keyfiyyəti yoxlanılır. Onların tərkibinin içlik vərəqəsinə uyğunluğu yoxlanılır. Ölkəmizə aşağı keyfiyyətdə dərman preparatlarının idxal edildiyi və onların satışına icazə verildiyi barədə iddialar əsassızdır.Əczazçılıq mütəxissi,provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, on-on beş il bundan əvvələ qədər Azərbaycana Hindistan, Pakistan və Kipr kimi dövlətlərdən keyfiyyətsiz dərmanlar idxal edilib. Amma Tarif Şurası tərəfindən dərmanların qiymətləri tənzimləndikdən sonra belə hallar mövcud deyil.Mütəxəssis bildirir ki, xarici ölkələrdə rəsmi fəaliyyət göstərən dərman zavodlarında müxtəlif keyfiyyətdə dərman istehsal etmək mümkün deyil. Onun sözlərinə görə, zavodda dərman vasitələri istehsaldan öncə qarışdırlır. Daha sonra laboratororiyada yoxlanılır istehsala verilir. Bundan sonrakı mərhələdə tableşdərilir, ampulaşdırılır. Dərman vasitələrinə yalnız qablaşdırılması zamanı istehsalçı ölkəyə görə fərq qoyulur. Məlumatlar ixrac edildiyi ölkənin dilində verilir: "E. Hüseynov bildirir ki, hansısa zavodda dərmanının ucuz başa gəlməsi üçün aşağı keyfiyyətdə dərman istehsalı mümkün deyil: "Onda gərək bunun üçün sifarişçi yeni zavod inşa etsin. Bir zavodda iki keyfiyyətdə dərman istehsalı mümkün deyil. Çünki dərmanlar istehsal edildikdən sonra istehal olunduğu ölkənin müvafiq qurumları tərəfindən yoxlanılır. Almaniyada dərmanların keyfiyyətini yoxlayan ayrıca qurum var. Türkiyıdə əczazçılıq zavodunun özünün laboratiyasında dərman vasitələri yoxlanılır. Hətta dərman preparatlarında dərmanın tərkibinə qatılanların tablet üzrə bərabər paylanılması da yoxlanılır. Belə halda zavodda Azərbaycana ixrac olunacaq dərmanların aşağı, istehsalçı ölkədə satılacaq dərman vasitələrinin yüksək keyfiyyətdə istehsalı mümkün deyil".E. Hüseynov deyir ki, bu gün Azərbaycana əvvəlki illərlə müqayisədə daha keyfiyyətli dərmanlar idxal olunur. Buna da səbəb hazırda Azərbaycanın dərman bazarında Avropa istehsalı olan dərmanların üstünlük təşkil etməsidir.Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda dərman istehsalçısı oaln müəssisələrin GMP-inspeksiya yoxlamalarının aparılmasına başlanılıb. İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, prosseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırırlır.Qeyd edək ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir. Dərman vasitəsi Dövlət Qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış Laborator tədqiqatlar şöbəsin təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir. Laboratoriya region ölkələrinin bu sahədə fəaliyyət göstərən laboratoriyaları sırasında ən inkişaf etmiş və öndə gedən laboratoriyasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545743_372:0:3103:2048_1920x0_80_0_0_f261664deb98389caaa0d02616aa9f6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman
Azərbaycana keyfiyyətsiz dərmanlar idxal edilir?
Xarici ölkələrdə rəsmi fəaliyyət göstərən dərman zavodlarında müxtəlif keyfiyyətdə dərman istehsal etmək mümkün deyil.
BAKI, 19 oktyabr — Sputnik. Xaricdən ölkəmizə idxal edilən dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlar bitmək bilmir. Mütəmadi olaraq sosial platformada xaricdə satılan dərman vasitələri ilə müqayisədə ölkəmizdə satılan dərmanların keyfiyyətində fərq olduğu bildirilir.
Aygün Məcidova adlı sakin Sputnik Azərbaycan-a bildirib ki, Türkiyədən aldığı "Panadol" dərman preparatı ilə müqayisədə Azərbaycanda aldığı eyni dərman arasında ciddi keyfiyyət fərqi var. A.Məcidova deyir ki, Türkiyədən aldığı dərmanı qəbul etdiyi andan bir neçə dəqiqə sonra təsirini hiss etsə də, Azərbaycandan aldığı dərman eyni təsir göstərməyib.
Digər vətəndaş Züleyxa Məmmədova isə Sputnik Azərbaycan-a müsahibəsində deyib ki, qalxanabənzər vəzin müalicəsi üçün Türkiyədən aldığı dərmanlar daha təsirlidir: " "L-Trioksin-100 mg" və "Eutiroks-100 mg" dərman preparatlarını Türkiyədən alıb qəbul etdikdə labarotor analizlər zamanı hormonların qaydasına düşdüyü və müalicənin effekt verdiyi görünür. Eyni dərmanları Azərbaycandan alıb qəbul etdikdə mənə boğulma verir. Müalicə isə effekt vermir".
Soial platformalarda bunabənzər çoxlu sayda dərmanların keyfiyyətindən narazılıqdolu fikirlərə rast gəlmək olar.
Hətta bunda ölkəmizə dərman idxalı ilə məşğul olan şirkətlərin günahkar hesab edənlər də var. Səslənın iddialardan biri də odur ki, ölkəmizə dərman idxal edən şirkətlər istehsalçı şirkətlərlə sövdələşərək dərmanları ucuz almaq üçün onların aşağı keyfiyyətdə istehsalına nail olurlar.
Bəs görəsən ölkəmizdə satılan dərman vasitələrinin keyfiyyətinin xarici ölkələrdə satılan dərmanlarla müqayisədə keyfiyyətsiz olması barədə iddialar nə dərəcədə doğrudur?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə qeydiyyatdan keçən dərman vasitələrinin keyfiyyəti yoxlanılır. Onların tərkibinin içlik vərəqəsinə uyğunluğu yoxlanılır. Ölkəmizə aşağı keyfiyyətdə dərman preparatlarının idxal edildiyi və onların satışına icazə verildiyi barədə iddialar əsassızdır.
Əczazçılıq mütəxissi,provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, on-on beş il bundan əvvələ qədər Azərbaycana Hindistan, Pakistan və Kipr kimi dövlətlərdən keyfiyyətsiz dərmanlar idxal edilib. Amma Tarif Şurası tərəfindən dərmanların qiymətləri tənzimləndikdən sonra belə hallar mövcud deyil.
Mütəxəssis bildirir ki, xarici ölkələrdə rəsmi fəaliyyət göstərən dərman zavodlarında müxtəlif keyfiyyətdə dərman istehsal etmək mümkün deyil. Onun sözlərinə görə, zavodda dərman vasitələri istehsaldan öncə qarışdırlır. Daha sonra laboratororiyada yoxlanılır istehsala verilir. Bundan sonrakı mərhələdə tableşdərilir, ampulaşdırılır. Dərman vasitələrinə yalnız qablaşdırılması zamanı istehsalçı ölkəyə görə fərq qoyulur. Məlumatlar ixrac edildiyi ölkənin dilində verilir: "
E. Hüseynov bildirir ki, hansısa zavodda dərmanının ucuz başa gəlməsi üçün aşağı keyfiyyətdə dərman istehsalı mümkün deyil: "Onda gərək bunun üçün sifarişçi yeni zavod inşa etsin. Bir zavodda iki keyfiyyətdə dərman istehsalı mümkün deyil. Çünki dərmanlar istehsal edildikdən sonra istehal olunduğu ölkənin müvafiq qurumları tərəfindən yoxlanılır.
Almaniyada dərmanların keyfiyyətini yoxlayan ayrıca qurum var. Türkiyıdə əczazçılıq zavodunun özünün laboratiyasında dərman vasitələri yoxlanılır. Hətta dərman preparatlarında dərmanın tərkibinə qatılanların tablet üzrə bərabər paylanılması da yoxlanılır. Belə halda zavodda Azərbaycana ixrac olunacaq dərmanların aşağı, istehsalçı ölkədə satılacaq dərman vasitələrinin yüksək keyfiyyətdə istehsalı mümkün deyil".
E. Hüseynov deyir ki, bu gün Azərbaycana əvvəlki illərlə müqayisədə daha keyfiyyətli dərmanlar idxal olunur. Buna da səbəb hazırda Azərbaycanın dərman bazarında Avropa istehsalı olan dərmanların üstünlük təşkil etməsidir.
Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda dərman istehsalçısı oaln müəssisələrin GMP-inspeksiya yoxlamalarının aparılmasına başlanılıb. İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, prosseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırırlır.
Qeyd edək ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurundan keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək Azərbaycan Respublikasında Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.
Dərman vasitəsi Dövlət Qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür.
Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış Laborator tədqiqatlar şöbəsin təhvil verilir. Müvafiq laborator yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir. Laboratoriya region ölkələrinin bu sahədə fəaliyyət göstərən laboratoriyaları sırasında ən inkişaf etmiş və öndə gedən laboratoriyasıdır.