https://sputnik.az/20211019/vetendaslarin-pulunu-menimseyen-nazirlik-iscisi-saxlanilib-434363389.html
Vətəndaşların pulunu mənimsəyən "nazirlik işçisi" saxlanılıb
Vətəndaşların pulunu mənimsəyən "nazirlik işçisi" saxlanılıb
Sputnik Azərbaycan
Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim... 19.10.2021, Sputnik Azərbaycan
2021-10-19T16:30+0400
2021-10-19T16:30+0400
2021-10-19T16:30+0400
pul
hadisə
elm və təhsil nazirliyi
şamaxı
saxta
fırıldaqçılıq
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_0:102:2000:1227_1920x0_80_0_0_f6ffa9907b3d25d51a3435ba0e49f17d.jpg
BAKI, 19 oktyabr — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268505_114:0:1887:1330_1920x0_80_0_0_9b0c831044c3dd2a13ecaf9700ddca54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pul, elm və təhsil nazirliyi, şamaxı, saxta, fırıldaqçılıq
pul, elm və təhsil nazirliyi, şamaxı, saxta, fırıldaqçılıq
Vətəndaşların pulunu mənimsəyən "nazirlik işçisi" saxlanılıb
Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.
BAKI, 19 oktyabr — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edən bir nəfərin onları müxtəlif vədlərlə aldadaraq ümumilikdə 12 min manat pulu ələ keçirdiyini bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törədən şəxsin Ağsu rayon sakini
Elçin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Əhmədovun heç bir dövlət qurumunda çalışmadığı, zərərçəkmişlərin ikisini tələbə kimi texnikumların birinə qəbul etdirmək, birini isə müəllim kimi məktəbə işə düzəltmək adı ilə aldatdığı və pullarını mənimsədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxsin barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
E.Əhmədovun başqa vətəndaşlara qarşı da dələduzluq etdiyi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də Şamaxı Rayon Polis Şöbəsinin (020)265-21-01 şəhər və 055-330-21-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.