DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
"BAYKAR" şirkətinin Baş direktoru Haluk Bayraktar da "Twitter" hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başağlığı məktubu ünvanlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Əziz Qardaşım, “Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
-------------------
18.10.2021
15:40
Türkiyənin tanınmış iş adamı, "BAYKAR" şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "BAYKAR" şirkəti açıqlama yayıb. "Milli texnologiya hərəkatı ideyasının və milli pilotsuz uçuş aparatlarının yaradılmasının lideri, İdarə Heyətimizi sədri, yol göstərənimiz Özdəmir Bayraktar haqqın rəhmətinə qovuşub", - deyə açıqlama bildirilir.
"BAYKAR" şirkətinin Baş direktoru Haluk Bayraktar da "Twitter" hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.
72 yaşında dünyasını dəyişən Ö. Bayraktar İstanbulda dəfn olunacaq.
Qeyd edək ki, Özdəmir Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlcuq Bayraktar və Haluk Bayraktarın atasıdır.
Xəbər lenti
0