Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycan üzrə distant təhsilə keçən siniflərin sayı

© AR Ministry of Education Bakıda məktəbdə şagird əllərini dezinfeksiya edir, arxiv şəkli
Bakıda məktəbdə şagird əllərini dezinfeksiya edir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Sabahdan paytaxtda daha iki məktəb 14 gün müddətinə distant təhsilə keçir.
BAKI, 19 oktyabr - Sputnik. Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, koronavirusa görə 9 məktəb distant təhsilə keçib.
----------
16:54
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Bakının Xəzər rayonunda yerləşən 322 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirus aşkarlandığına görə oktyabrın 20-dən məktəbdə dərslərin 14 gün müddətində distant keçilməsi qərara alınıb.
--------
10:38
Bakıdakı 245 saylı tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Xəbər lenti
0