https://sputnik.az/20211019/metallurqlarimiz-dunyada-ilke-imza-atdi-434360204.html
Metallurqlarımız dünyada ilkə imza atdı
Metallurqlarımız dünyada ilkə imza atdı
Sputnik Azərbaycan
Metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. 19.10.2021, Sputnik Azərbaycan
2021-10-19T12:35+0400
2021-10-19T12:35+0400
2021-10-19T13:26+0400
iqtisadiyyat
yenilik
baku steel company
metallurgiya
https://cdnn1.img.sputnik.az/img/40734/24/407342478_0:0:2049:1153_1920x0_80_0_0_79d90b1f1614abeb1c64fe8966758a77.jpg
BAKI, 19 oktyabr — Sputnik. Qafqazın metallurgiya sahəsində lider şirkəti olan "Baku Steel Company" nəinki Azərbaycanda və regionda, bütün dünyada bu sahədə ilk dəfə gerçəkləşək bir startap layihəni həyata keçirməyə hazırlaşır. Layihə istehsal prosesində süni intellektin tətbiq olunması ilə bağlıdır.Şirkətin İctimai kommunikasiyalar şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, yeniliyin mahiyyəti metaləritmə prosesində elektrik qövs sobasında süni intellektdən istifadə edilməsindən ibarətdir:Qeyd olunur ki, gecikmə həm iş prosesində elektrik enerjisinin israf olunması, həm də həmin müddətdə istehsal həyata keçmədiyindən məhsul itkisi deməkdir:Qeyd edək ki, layihənin proqramlaşdırma işini "Baku Steel Company" MMC-nin sifarişi və texniki tapşırıqları əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) həyata keçirəcək. Layihənin bir il ərzində tamamlanması nəzərdə tutulur.Onun ilkin mərhələdə sobada metalın əridilməsində, daha sonra isə sobadan kənar müxtəlif polad markalarının korrektə olunmasında, eləcə də boruların termiki emalında tətbiq edilməsi planlaşdırılır.Onu da qeyd edək ki, patentləşdirildikdən sonra bu startapı müəlliflik hüququ əsasında metallurgiya sahəsində dünyada fəaliyyət göstərən digər şirkətlər də istehsalı optimallaşdırmaq məqsədilə ala biləcəklər. Artıq layihəyə maraq göstərən xarici şirkətlər də var.Xartırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan "Baku Steel Company" MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40734/24/407342478_39:0:1856:1363_1920x0_80_0_0_a8eca1e52cddbef1a760dd6fc7d8ad3e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yenilik, baku steel company, metallurgiya
yenilik, baku steel company, metallurgiya
Metallurqlarımız dünyada ilkə imza atdı
12:35 19.10.2021 (Yenilənib: 13:26 19.10.2021) Metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək.
BAKI, 19 oktyabr — Sputnik. Qafqazın metallurgiya sahəsində lider şirkəti olan "Baku Steel Company" nəinki Azərbaycanda və regionda, bütün dünyada bu sahədə ilk dəfə gerçəkləşək bir startap layihəni həyata keçirməyə hazırlaşır. Layihə istehsal prosesində süni intellektin tətbiq olunması ilə bağlıdır.
Şirkətin İctimai kommunikasiyalar şöbəsindən
Sputnik Azərbaycan-a bildirilib ki, yeniliyin mahiyyəti metaləritmə prosesində elektrik qövs sobasında süni intellektdən istifadə edilməsindən ibarətdir:
"Hazırda ərinti prosesində 60 tonluq sobaya şixtə verilməsi üçün metalın sıxlığından asılı olaraq 3-4 badya yüklənir. Badyaların sobaya verilməsini və metalın əridilməsi prosesini isə poladəridənlər nəzarətdə saxlayırlar. Lakin badyaların boşaldılması və ərinti getdiyi zaman müxtəlif səbəblərdən hər dəfə 1-2 dəqiqəlik gecikmə baş verir".
Qeyd olunur ki, gecikmə həm iş prosesində elektrik enerjisinin israf olunması, həm də həmin müddətdə istehsal həyata keçmədiyindən məhsul itkisi deməkdir:
"Yeni layihənin tətbiqi ilə isə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. Həm ərintinin getməsi, həm qatqıların əlavə edilməsi, həm də digər lazım olan proseslər üçün lazımi parametrlər və məlumatlar kompüterin yaddaşına daxil ediləcək və proses avtomatik rejimdə tənzimlənəcək. Yəni insan faktoru minimuma endiriləcək və poladəridənlər sadəcə işin gedişatına nəzarət edəcəklər. Hər hansı gecikmə olduğu təqdirdə sistem dərhal xəbərdarlıq edəcək və lazımi tədbirlər görüləcək. İlkin hesablamalara görə, bu startap tətbiq olunarsa, sutkada 24 saat işləyən zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etməklə gəlirlərini daha da artıracaq".
Qeyd edək ki, layihənin proqramlaşdırma işini "Baku Steel Company" MMC-nin sifarişi və texniki tapşırıqları əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) həyata keçirəcək. Layihənin bir il ərzində tamamlanması nəzərdə tutulur.
Onun ilkin mərhələdə sobada metalın əridilməsində, daha sonra isə sobadan kənar müxtəlif polad markalarının korrektə olunmasında, eləcə də boruların termiki emalında tətbiq edilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, patentləşdirildikdən sonra bu startapı müəlliflik hüququ əsasında metallurgiya sahəsində dünyada fəaliyyət göstərən digər şirkətlər də istehsalı optimallaşdırmaq məqsədilə ala biləcəklər. Artıq layihəyə maraq göstərən xarici şirkətlər də var.
Xartırladaq ki, 2001-ci ildə fəaliyyətə başlayan "Baku Steel Company" MMC Cənubi Qafqazın ən böyük özəl metallurgiya şirkətidir. BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.