Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Mədəniyyət" televiziyasına yeni direktor təyin olunub

© AP Photo / Sait Serkan GurbuzMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
BAKI, 19 oktyabr — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Mədəniyyət" telekanalına yeni direktor təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, "AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət" telekanalına direktor vəzifəsinə təyin edilib.
Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.
Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
Xəbər lenti
0