Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidEkskavator, arxiv şəkli
Ekskavator, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub
BAKI, 19 oktyabr — Sputnik. Kəlbəcərdə bədbəxt hadisə baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.
Nəticədə ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0