CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda I sinif şagirdi koronavirusdan ölüb? Məktəbdən açıqlama

© AP Photo / Bernat ArmangueMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Bir müddət öncə Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərovun da koronavirusdan dünyasını dəyişdiyi bildirilsə də, bu faktı məktəb təsdiqləməmişdi.
BAKI, 19 oktyabr — Sputnik. Mətbuatda Bakıda daha bir şagirdin koronavirusdan öldüyü barədə məlumat yayılıb. İctimai Televiziyada (İTV) Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyevin COVID-19-dan öldüyü bildirilib.
Sputnik Azərbaycan məlumatı dəqiqləşdirmək üçün 39 saylı Ağdam köçkün məktəbi ilə əlaqə saxlayıb. Məktəbdən Sputnik Azərbaycan-a bildiriblər ki, artıq təhsil müəssisəsi şagirdin ölüm kağızını əldə edib:

"Bizə də deyirdilər ki, uşaq koronavirusdan ölüb. Amma R.Quliyevin ölüm kağızında onun ürək çatışmazlığından öldüyü qeyd olunub. Uşaqda COVID-19 aşkarlandığı barədə bizə heç bir rəsmi məlumat daxil olmayıb".

Xatırladaq ki, bir müddət öncə Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərovun da koronavirusdan dünyasını dəyişdiyi bildirilsə də, bu faktı məktəb təsdiqləməmişdi. K.Əsgərovun yanaşı xəstəlikləri olduğu, allergiya səbəbindən uzun müddətdir ki, müalicə olunduğu qeyd olunmuşdu.
Məlumat üçün bildirək ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Bundan əlavə, bəzi məktəblərdə isə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.
Xəbər lenti
0