CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış jurnalist vəfat edib

© Sputnik / Ilham MustafaTəcili yardım avtomobili, arxiv şəkli
Təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Jurnalist "Respublika" qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
BAKI, 18 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlərin Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş əməkdaşı, tanınmış jurnalist Yolçu Xanvəli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, Y.Xanvəli ötən gün axşam saatlarında, 58 yaşında beyninə qan sızmasından dünyasını dəyişib.
Məlumata görə, Y.Xanvəli bir neçə gün əvvəl infarkt keçirmişdi və 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunurdu.
Qeyd edək ki, Y.Xanvəli 1963-cü ildə anadan olub. Jurnalist "Respublika" qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin Mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.
Allah rəhmət eləsin!
Xəbər lenti
0