https://sputnik.az/20211018/rezidenturaya-bos-qalan-plan-yerlerine-erize-qebulu-elan-edilib-434313600.html
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib
Sputnik Azərbaycan
2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 yerdən ibarət olub. 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T13:46+0400
2021-10-18T13:46+0400
2021-10-18T13:46+0400
rezidentura
səhiyyə
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_0:0:3077:1731_1920x0_80_0_0_ff9432eb5122b0f842873fa00658347f.jpg
BAKI, 18 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.Mərkəzdən Sputnik Azərbaycan-a bildirilib ki, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur) yerdən ibarət olub.Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).Aşağıda boş qalan plan yerləri təqdim olunur.2021/2022-ci tәdris ili üçün rezidenturanin boş qalan yerlәrinə qəbul aparılan ixtisaslar:Azərbaycan Tibb Universiteti 311269 - Daxili xəstəliklər - 1 311382 - Fizioterapiya və tibbi bərpa - 1 311658 - Gigiyena - 1 311666 - Epidemiologiya - 1 - *311593 - Sosial gigiyena və səhiyyənin təşkili - 1 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu 313326 - Narkologiya - 2 313423 - Gigiyena - 1 Naxçıvan Dövlət Universiteti 361116 - Anesteziologiya- reanimatologiya - 2361124 - Ümumi cərrahiyyə - 2 361173 - Psixiatriya - 1 361246 - Hematologiya - 1 361287 - Ftiziatriya - 1 361368 - Neonatologiya - 1 Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: "Rezidentura" jurnalı №1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dən 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə "Rezidentura üzrə ixtisas seçimi cədvəli"nə (bax: "Rezidentura" jurnalı №3, 2021, səh.6-7) müvafiq olaraq aparılır.QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425830085_348:0:3077:2047_1920x0_80_0_0_019374a78d70fe8671a5320c3a0ad818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rezidentura, təhsil
Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib
2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 yerdən ibarət olub.
BAKI, 18 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
Mərkəzdən
Sputnik Azərbaycan-a bildirilib ki, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur) yerdən ibarət olub.
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
2021/2022-ci tәdris ili üçün rezidenturanin boş qalan yerlәrinə qəbul aparılan ixtisaslar:
Azərbaycan Tibb Universiteti
311269 - Daxili xəstəliklər - 1
311382 - Fizioterapiya və tibbi bərpa - 1
311666 - Epidemiologiya - 1 -
*311593 - Sosial gigiyena və səhiyyənin təşkili - 1
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
Naxçıvan Dövlət Universiteti
361116 - Anesteziologiya- reanimatologiya - 2
361124 - Ümumi cərrahiyyə - 2
361246 - Hematologiya - 1
361368 - Neonatologiya - 1
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: "Rezidentura" jurnalı №1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dən 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə "Rezidentura üzrə ixtisas seçimi cədvəli"nə (bax: "Rezidentura" jurnalı №3, 2021, səh.6-7) müvafiq olaraq aparılır.
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.