https://sputnik.az/20211018/prezident-qeter-dovletinin-bas-naziri-ile-investisiya-qoyulusunu-muzakire-edib-434321654.html
Prezident Qətər Dövlətinin Baş naziri ilə investisiya qoyuluşunu müzakirə edib
Prezident Qətər Dövlətinin Baş naziri ilə investisiya qoyuluşunu müzakirə edib
Sputnik Azərbaycan
Görüşdə qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib. 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T12:58+0400
2021-10-18T12:58+0400
2021-10-18T14:10+0400
siyasət
xin
qətər
prezident ilham əliyev
qəbul
rəhbər
məhəmməd bin əbdürrəhman əl tani
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/12/434321967_0:67:3323:1936_1920x0_80_0_0_494a2afa5cbc3b36f487910502d6b033.jpg
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi, oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Sputnik Azərbaycan xəbər verir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulandı. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edildi.Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olundu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/12/434321967_594:0:3323:2047_1920x0_80_0_0_e7bfa3dc397970e7ed63fda5e878fdbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, qətər, prezident ilham əliyev, qəbul, rəhbər, məhəmməd bin əbdürrəhman əl tani
xin, qətər, prezident ilham əliyev, qəbul, rəhbər, məhəmməd bin əbdürrəhman əl tani
Prezident Qətər Dövlətinin Baş naziri ilə investisiya qoyuluşunu müzakirə edib
12:58 18.10.2021 (Yenilənib: 14:10 18.10.2021) Görüşdə qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bazar ertəsi, oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulandı. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edildi.
Söhbət zamanı, həmçinin postpandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olundu.