https://sputnik.az/20211018/hamile-qadinlara-covd-19-vaksini-vurula-bilermi-434291645.html
Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi?
Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi?
Sputnik Azərbaycan
Baş mama-ginekoloq: Sinovak istehsalı olan peyvəndin hamilələrə vurulması mümkün deyil. Çünki, istehsalçı özü bu vaksinin təlimatında hamilələ qadınlara və süd... 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T09:30+0400
2021-10-18T09:30+0400
2021-10-18T09:30+0400
səhiyyə
vaksin
döl
hamilə qadın
sinovac/biothec
əks-göstəriş sertifikatı
https://cdnn1.img.sputnik.az/img/41972/44/419724407_0:0:1500:844_1920x0_80_0_0_5e5d92e0400e5e14dfed6294b4dacda4.jpg
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə vaksin vurulması əks göstəriş olsa da, hazırda bir sıra sahələrdə bu şəxslərdən israrla vaksin sertifikatı tələb olunur. Milli Məclisin bu günlərdə keçirilən iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov öz açıqlamasında bildirib ki, ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analardan əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.Deputatın sözlərinə görə, dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır. Bu cür faktlar göstərir ki, hazırda bətnində körpəsi olan, eləcə də körpə övladına süd verən analar əks-göstəriş sertifikatına görə ali təhsil haqqından belə imtina etməli olur.Bəs, görəsən hamilə qadınların və süd verən anaların COVID-19 əleyhinə vaksinasiyası nə dərəcədə təhlükəsizdir?Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin avqust ayına qədər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da hamilə qadınlara koronavirusdan qorunmağı tövsiyyə edirdi.Hamilə qadınların vaksinasiyası ilə bağlı ÜST-ün yeni qəbul olunmuş tövsiyyəsinin Azərbaycanda hamilələrə tətbiqinə gəlincə, baş mama-ginekoloq burada müəyyən ziddiyyət yarandığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda geniş tətbiq edilən Sinavak şirkətinin istehsalı olan CaronaVak vaksininin təlimatında peyvəndin hamilə qadınlara və süd verən analara vurulmasının yolverilməz olduğu qeyd olunub.S. Məmmədova deyir ki, mamalıqda immuno qayda var. Bu qaydaya əsasən hamiləliyin 12-ci həftəsinə qədər hamiləyə heç bir vaksin etmək olmaz. Hamiləliyin 12-ci həftəliyinə qədər dölün bütün daxili orqanlarının təməlinin qoyulması prosesi gedir. Həmin mərhələlər tamamlananda hamiləlik üçüncü ayda olur.Baş-ginekoloq onu da bildirir ki, istehsalçı zəmanət verməmiş hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə peyvənd vurula bilməz. Virusların embrionlara təsirləri erkən və gec ola bilər. Onun sözlərinə görə, əgər hamiləlik mayalanmanın ilk 15 günündədirsə, embrion inkişafdan qala bilər:Məlumat üçün bildirək ki, hazırki qaydalara əsasən Azərbaycanda hamilə qadınlara və süd verən analara əks-göstəriş sertifikatı verilməlidir. Bu proses uzun çəkdiyindən tələbələr, işləyən hamilə və süd verən qadınlar əks-göstəriş sertifikatını aidiyyatı üzrə təqdim etməkdə gecikirlər. Bu isə bəzən hamilə qadın tələbələrin təhsildən imtina etməsi ilə nəticələnir.Xatırladaq ki, hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41972/44/419724407_169:0:1500:998_1920x0_80_0_0_91c6b45c93c89e5926fc4b06704741de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vaksin, döl, hamilə qadın, sinovac/biothec, əks-göstəriş sertifikatı
vaksin, döl, hamilə qadın, sinovac/biothec, əks-göstəriş sertifikatı
Hamilə qadınlara COVİD-19 vaksini vurula bilərmi?
Baş mama-ginekoloq: Sinovak istehsalı olan peyvəndin hamilələrə vurulması mümkün deyil. Çünki, istehsalçı özü bu vaksinin təlimatında hamilələ qadınlara və süd verən analara vurulmasını tövsiyə etmir.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə vaksin vurulması əks göstəriş olsa da, hazırda bir sıra sahələrdə bu şəxslərdən israrla vaksin sertifikatı tələb olunur. Milli Məclisin bu günlərdə keçirilən iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov öz açıqlamasında bildirib ki, ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analardan əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.
Deputatın sözlərinə görə, dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır. Bu cür faktlar göstərir ki, hazırda bətnində körpəsi olan, eləcə də körpə övladına süd verən analar əks-göstəriş sertifikatına görə ali təhsil haqqından belə imtina etməli olur.
Bəs, görəsən hamilə qadınların və süd verən anaların COVID-19 əleyhinə vaksinasiyası nə dərəcədə təhlükəsizdir?
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu
Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin avqust ayına qədər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da hamilə qadınlara koronavirusdan qorunmağı tövsiyyə edirdi.
"Avqust ayından isə ÜST tərəfindən yeni bir protokol tətbiq olunub. Həmin protokola əsasən hamilə qadınların hamiləliyin 12-ci həftəsindən sonra vaksinasiyası tövsiyyə olunub. Hesab olunur ki, hamilə qadının xəstəliyi keçirməsi ilə vaksin olunması müqayisə edildikdə, xəstəliyə yoluxması özü və bətnindəki döl üçün daha təhlükəlidir".
Hamilə qadınların vaksinasiyası ilə bağlı ÜST-ün yeni qəbul olunmuş tövsiyyəsinin Azərbaycanda hamilələrə tətbiqinə gəlincə, baş mama-ginekoloq burada müəyyən ziddiyyət yarandığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda geniş tətbiq edilən Sinavak şirkətinin istehsalı olan CaronaVak vaksininin təlimatında peyvəndin hamilə qadınlara və süd verən analara vurulmasının yolverilməz olduğu qeyd olunub.
"Bu gün Sinovak şirkəti peyvəndin hamilələrə və süd verən analara vurulması üçün tədqiqatlar aparır. Amma bu tədqiqatlar hələki sona çatmayıb. Ona görə də bu gün Sinovak istehsalı olan peyvəndin hamilələrə vurulması mümkün deyil. Çünki, istehsalçı özü bu vaksinin təlimatında hamilələ qadınlara və süd verən analara vurulmasını tövsiyə etmir. Amma Pfizer vaksini üzərində belə bir tədqiqat aparılıb və istehsalçı vaksinin hamilə qadınlara və süd verən analara vurulmasının təhlükəsiz olduğunu bəyan edib".
S. Məmmədova deyir ki, mamalıqda immuno qayda var. Bu qaydaya əsasən hamiləliyin 12-ci həftəsinə qədər hamiləyə heç bir vaksin etmək olmaz. Hamiləliyin 12-ci həftəliyinə qədər dölün bütün daxili orqanlarının təməlinin qoyulması prosesi gedir. Həmin mərhələlər tamamlananda hamiləlik üçüncü ayda olur.
Baş-ginekoloq onu da bildirir ki, istehsalçı zəmanət verməmiş hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə peyvənd vurula bilməz. Virusların embrionlara təsirləri erkən və gec ola bilər. Onun sözlərinə görə, əgər hamiləlik mayalanmanın ilk 15 günündədirsə, embrion inkişafdan qala bilər:
"Yaxud da cift yararsızlığı ola bilər ki, bu da nəticədə uşağın lazım olan maddələrlə təmin edə bilməyəcək. Yox əgər virus hamiləliyin 15-ci günündən 75-ci günlüyünə qədər yeridilirsə, bu zaman embrepatiyalar olur. Bu zaman uşaqlar qüsurlarla doğulur. Bir qədər gec müddətdə olduqda, 2 aylıqda virus dölə virus dəydikdə morfoloji cəhətdən normal, amma xarici görkəmcə eybəcər orqanlar yetişə bilər".
Məlumat üçün bildirək ki, hazırki qaydalara əsasən Azərbaycanda hamilə qadınlara və süd verən analara əks-göstəriş sertifikatı verilməlidir. Bu proses uzun çəkdiyindən tələbələr, işləyən hamilə və süd verən qadınlar əks-göstəriş sertifikatını aidiyyatı üzrə təqdim etməkdə gecikirlər. Bu isə bəzən hamilə qadın tələbələrin təhsildən imtina etməsi ilə nəticələnir.
Xatırladaq ki, hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.